Vətəndaşların DİQQƏTİNƏ

15:58 25-04-2022 | icon 134 | Cəmiyyət
Vətəndaşların DİQQƏTİNƏ

Özünü “Azərsu” əməkdaşı kimi təqdim edən dələduz

 

Bakı şəhəri Nizami rayonunun ərazisində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

 

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

 

Bildirilib ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və qurumun xidməti geyimində olan bu şəxs sahibkarlardan su sayğacının quraşdırılması və dəyişdirilməsi müqabilində pul tələb edib.

 

Həmin şəxs Nizami rayonu R.Rüstəmov 50A ünvanında yerləşən özəl uşaq bağçasına 80 manata su sayğacının quraşdırılmasını təklif edib. Bundan sonra bağçanın rəhbərliyi məsələ ilə bağlı “Azərsu” ASC-nin Nizami rayon Sukanal İdarəsinə müraciət edib.

 

İdarənin əməkdaşları hadisə baş verən obyektdə olub. Həmin şəxs ərazidən uzaqlaşsa da, kamera görüntüləri əldə olunub. Ətrafda yerləşən obyekt və mənzillərin sahibləri də əvvəllər onlara qarşı belə halın baş verdiyini bildiriblər. Aşkar olunmuş fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

 

Vətəndaşların diqqətinə çatdırılıb ki, xidməti vəzifələrini yerinə yetirən “Azərsu” əməkdaşlarından vəsiqə tələb edilməli, heç bir halda onlara nağd pul ödənilməməlidir. Əməkdaşların və ya özünü “Azərsu” ASC-nin işçisi kimi təqdim edən şəxslərin qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.

 

Abonentlərdən xahiş olunub ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ