ANAP Baydenin bəyanatını pislədi

19:01 25-04-2022 | icon 216 | Siyasət
ANAP Baydenin bəyanatını pislədi

"Bayden ABŞ-ın ədalətli davranışına olan inamı xeyli sarsıdıb"

 

ABŞ Prezidenti Cozef Bayden 24 aprel 1915-ci il tarixini soyqırım adlandırıb. C.Baydenin Dövlət əleyhinə fəaliyyət göstərən bir neçə erməninin həbs olunduğu günü “soyqırım” adlandırması  Azərbaycanda da bir çox partiyalar tərəfindən etiraz və narazılıqla qarşılanıb.

 

Azərbaycan Naminə Alyans Partiyası (ANAP) bunu ABŞ prezidentinin qardaş Türkiyəyə və  türk dünyasına münasibətdə etdiyi növbəti ədalətsizlik kimi qiymətləndirib.

 

Versus.az xəbər verir ki, bu barədə açıqlama verən ANAP sədri Abutalıb Səmədov bildirib ki, fəaliyyətə başladığı gündən ermənipərəst mövqeyi ilə seçilən Bayden administrasiyası dəfələrlə bu cür addımlar atmaqla dünyanın ən böyük dövləti olan ABŞ-ın ədalətli davranışına olan inamı xeyli  sarsıdıb.

 

Onun sözlərinə görə, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması, onun F-35 proqramından çıxarılması, haqqı ödənilmiş 6 ədəd təyyarənin verilməməsi və ödənilmiş məbləğin geri qaytarılmaması, “ülkü ocaqları”nı terrorçu təşkilat elan etmək cəhdləri, Türkiyənin Azərbaycanla birlikdə ikinci Qarabağ müharibəsini başlamaqda, bu müharibəyə muzdlu döyüşçülərin cəlb edilməsində ittiham olunması və s. addımlar türk dünyasında və ilk növbədə Azərbaycanda kəskin etiraz doğurub:

 

"ABŞ-dakı erməni lobbisinin konqres üzvlərini və müxtəlif ranqlı siyasətçiləri ələ almaq, qondarma “erməni soyqırımı”nın tanınmasına nail olmaq  istiqamətində apardığı fəaliyyət uzun müddət nəticə verməyib. Seçilən prezidentlərin heç biri ötən əsrin əvvəllərində baş vermiş hadisə üçün “soyqırım” ifadəsini işlətməyi düzgün saymayıblar. Yalnız prezident Bayden tarixi həqiqətləri nəzərə alan bu ədalətli mövqedən imtina edib və ötən il 24 aprel müraciətində ermənilərə qarşı “soyqırım” törədildiyini iddia etmişdir. Təəssüf ki, ABŞ-ın dünyadakı yerinə və ona bağlanan ümidlərə zidd olan, dünyanın ən böyük dövlətinin nüfuzuna xələl gətirən eyni yanlış addım bu il də təkrarlanıb və Osmanlı dövləti 107 il əvvəl ermənilərə qarşı  “soyqırım” törətməkdə ittiham olunub. Bununla da türklərin şərəfli tarixinə növbəti dəfə ləkə yaxmağa cəhd göstərilib”.

 

A.Səmədov bəyan edib ki, Azərbaycan Naminə Alyans Partiyası türklərin qədim və şərəfli tarixinə qarşı  yönəldilmiş bu cəhdləri qətiyyətlə pisləyir, ABŞ rəhbərliyini tarixi həqiqətləri və beynəlxalq hüququ inkar edən bu cür yanlış addımlardan çəkinməyə çağırıb.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"