“Azərbaycan prezidenti bunu bacardı.  Bu böyük qələbədir”

19:12 25-04-2022 | icon 124 | Cəmiyyət
 “Azərbaycan prezidenti bunu bacardı.  Bu böyük qələbədir”

 

 

“Azərbaycan prezidenti bunu bacardı.  Bu böyük qələbədir. Sadəcə 44 gündə erməniləri yendik. Qarabağ savaşında Azərbaycan perzidentinin xarici jurnalistlərə verdiyi o gözəl müsahibələr,  dünya jurmalsitlərinin o savaşı işıqlandırması ölkə başçısının bu yöndə apardığı çox ciddi, əhəmiyyətli işlərdən biridir. Prezident savaş dönəmində etdiyi çıxışlarda həm ermənilərin məğlubedilməz imicini, həm də ermənilərin əsas ideologiyası və təbliğatını dağıtdı. Bu çıxışların davamını bu gün Şuşada gördük”.

 

 

Versus.az bunu açıqlamasında AMEA-nın elmi işçisi Yasəmən Qaraqoyunlu Şuşa Zəfəri və ölkə başçısının işğalçıya, dünyaya verdiyi növbəti mesajlara diqqət çəkərkən bildirib.

 

Onun fikrincə, bundan sonra 1 il müntəzəm çalışsaq, bizim dediklərimizi və hökumətin özünün proqramını toparlasaq erməni məsələsi problemi birdəfəlik həll olunacaq.

 

“Erməni heç vaxt güclü olmayıb. Sadəcə onlara qarşı mübarizə aparmağa indi başlamışıq.  Bir daha toparlanıb, dünyaya gücümüzü göstərmək, erməni diasporasını zəiflətmək üçün Şuşa şəhəri gözəl bir and yerinə çevrildi”.

 

Y.Qaraqoyunlu bildirib ki, Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi çox gözəl və tarixi olaydır. Onun fikrincə, bütün dünya azərbaycanlılarını erməni işğalından azad olunmuş Şuşaya toplamaq, orada Azərbaycanın bu gününü, sabahını danışmaq təqdirəlayiqdir.

“Şuşada qurultayın keçirilməsi Azərbayacan diasporunun qarşısına yeni vəzifələr, öhtəliklər qoyur. Bundan sonra istər-istəməz diqqət diasporun içinə və mövcud problemlərin həllinə yönəlməlidir. Biz  necə həmişə ordumuzun güclənməsini istəyiriksə, o sahədə olan qüsurların olmamasını arzu edib, təhlillər aparırıqsa, diasporalarda da o cür təhlillər aparılmalıdır. Ordumuz Qarabağı işğaldan azad edən bir gücdürsə,  işğala qarşı dünya səviyyəsində mübarizə aparan 2-ci ordu- diasporalarımızdır.   Erməni diasporuna və təbliğatına qalib gəlməliyik. Biz həmişə erməni diasporasını, lobbisini güclü kimi təqdim etmişik. Ama ermənilər ona görə güclü görünüb ki, biz işləməmişik. Biz məqsədli və sistemli işləyəndə erməni diasporu və lobbisinin gücünü zəiflədəcəyik. Bizim birinci vəzifəmiz Qələbəmizin Şuşada qalıcığını təmin etmək, hətta Zəngəzur və İrəvana qayıdışımızı təmin etmək üçün erməni təbliğatını, ideologiyasını, dəstəyini məhv etməkdir”.

Y.Qaraqoyunlu  eyni zamanda bildirib ki, bu gün bizim üçün Rusiya, Avropa, Amerikanın siyasətindən gələn təhdidlər bu  gün də var. 

“1-ci dünya müharibəsində də Osmanlı İmperiyasını və Qafqazı paylaşmaq üçün erməniərdən, aysorlardan istifadə edibilər, ərəbləri türklərin əleyhinə üsyana qaldırırdılar. Osmanlıda yaşayan bütün xalqları türklərin üzərinə mübarizəyə qaldırdılar. Müəyyən mənada buna nail oldular. Bu gün də həmin syasət Türkiyə və Azərbaycana qarşı istifadə olunur. Məsələn, Türkiyəni bölmək üçün yenə də Avropa ortalığa kürt probemini atıb. Yenə də  Türkiyəni bölmə projeləri gündəmdədir. Elə Azərbaycanda da təzyiq elementi kimi etnik qruplarla işlənir və zaman-zaman Rusiyanın o qruplardan Azərbaycan dövlətinin əleyhinə istifadə etdiyini görürük. Yəni  bu təhdid hər zaman var. Amma önəmli olan güclü olmaqdır. Bunun üçün də dövlət və millətin birləşməsi və həm də şüurlu olması lazımdır. Biz bilməliyik kürd məsələsini kim qaldırır. Azərbaycana qarşı hansı dini qruplar fəaliyyət göstərir, bunu edən kimlərdir. Təbii ki, yalnız biz birlik olaraq bu təhdidləri önləyə biləcəyik. Biz, bizə qarşı olan təhdidə qarşı necə cavab verəcəyik və buna cavab verəcək elə bir toplum inşaa etməliyik”. (hafta.az)

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"