"Görünən odur ki, Azərbaycan artıq gündəmi dəyişir və diqtə edir"-açıqlama

19:16 25-04-2022 | icon 267 | Cəmiyyət
"Görünən odur ki, Azərbaycan artıq gündəmi dəyişir və diqtə edir"-açıqlama

 

“Şuşa bizim üçün mənəvi, ideoloji baxımdan müqəddəs bir yerdir. 44 günlük müharibədə qazandığımız qələbədə Şuşanın azad olunması,  digər torpaqlarımızın azadlığı bizə çox böyük ruh yüksəkliyi, mənəvi güc verdi.  Bu birmənalıdır. Bunu hər bir azərbaycanlı- istər ölkə daxilində, istərsə də xaricdə yaşayan azərbaycanlılar - hər kəs fəxr hissi ilə qeyd edir. Qurultayın da belə bir məkanda -Şuşada keçirilməsi Azərbaycan diasporaları üçün həm mənəvi, siyasi, həm də ideoloji baxımdan önəmlidir”.

 

 

Versus.az xəbər verir ki, bunu AMEA-nın aparıcı elmi işçisi Sübhan Talıblı Şuşa Zəfərindən dünyaya verilən mesajlar və diasporalarımızın qarşısında duran vəzifələrlə bağlı açıqlamasında deyib.

 

 

S.Talıblı hesab edir ki, hər bir azərbaycanlı yaşadığı ölkədən, çalışdığı sahədən, sosial mövqeyindən asılı olmayaraq Azərbaycanın kimliyi uğrunda çalışmalıdır.

 

“Hər bir azərbaycanlı vətəninin təbliğatçısı olmalıdır. Əgər biz təşkilatlanmadan danışırıqsa, burda ortaq variantlar tapılmalıdır. İstər cənublu olsun, istər şimallı, istər qərb, istərsə də şərq bölgəsindən olan azərbaycanlılar- hər birimiz xaricdə vətənimizin müdafiəsi baxımından ortaq birləşdirici vasitələri tapmalıdır. Bütün qüvvələri bir Azərbaycan ocağına gətirməyi bacarmalıyıq. Onların güclərindən yararlanmalıyıq. Diasporların olduqları yerlərdə, saytları, nəşrləri olmalıdır. Azərbaycanın təbliğatı üçün kitabxanaları, televiziyaları olmalıdır ki, öz səslərini yaya bilsinlər”.

 

S.Talıbli bildirib ki, Avropa ölkələrində ermənipərəstlik çoxdur. Zamanla Türkiyə və Azərbaycana qarşı  ermənilərdən siyasi alət kimi istifadə edilib və edilir. Onun sözlərinə görə, bu gün regionda vəziyyət dəyişib.

“İndi nə Türkiyə həmin Türkiyə deyil, nə də Azərbaycan həmin Azərbaycan deyil. Həm maddi sərvətlərimiz, həm diplomatik müstəvidə Avropa dövlətlərinə çıxmaq imkanlarımız yüksələn xəttə üzrə gedir. Ölkə prezidentinin dünyanın ən nüfuzlu kanallarına verdiyi müsahibələrində suallara çox cəsarətlə, açıq cavab verdiyini görürük.  Bu günlər isə biz Şuşa Zəfərində də eyni cəsarətli mesajların şahidi olduq. Görünən odur ki, Azərbaycan artıq gündəmi dəyişir və diqtə edir. Ermənistan bir daha sülhə çağırılır və tövsiyə edilir ki, düzgün addımlar atsın. Əks halda bir daha ona Dəmir Yumruğun yerində olduğu xatırladılır.

 

Coğrafi və tarixi vəziyyət də fərqlidir. Bu gün maraqlı güclərin Türkiyəyə, Azərbaycana qarşı təzyiq vasitəsi varsa, Azərbaycanla Türkiyənin də onlara qarşı regionda təzyiq vasitələri var. Bu gün Azərbayacan ordusu zamanla Rusiyanın qoşun növlərində xidmət eləmirdisə, bizim peşkar zabitlərimiz az idisə, bu gün peşəkar hərbi hissələrimiz, müasir silahlarımız var. Bu gün Azərbaycan ordusu beynəlxalq hərbi təlimlərinə qatılır. Biz Zəngəzur dəhlizi deyiriksə, demək regionda sülh istəyirik. Bu da qarşı tərəfə bir mesajdır. Əgər o yol yoxdursa, biz alternativ yolla o istiqamətə gedəcəyik. Azərbaycan dövləti, Prezidenti tərəfindən burda açıq və net olaraq siyasət ortaya qoyulub. Ölkə rəhbəri  də deyir ki, geci tezi var, bir Zəngəzura gedəcəyik. Hələ ki, biz diplomatik, siyasi, qarşılıqlı anlaşma, beynəlxalq hüquqa söykənərək məsələləri bütün regiona, dövlətlərlə birgə qoyuruq”.   (hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"