Baydenin bəyanatındakı xristian həmrəyliyi - ALDP-dən BƏYANAT

19:20 25-04-2022 | icon 233 | Siyasət
Baydenin bəyanatındakı xristian həmrəyliyi - ALDP-dən BƏYANAT

"Milli birliyimizi türk və müsəlman dövlətləri ilə birlikdə qorumalıyıq"

 

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) ABŞ prezidenti Cozef Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı fikirlərinə qarşı Bəyanat qəbul edib.

 

Versus.Az xəbər verir ki, bu barədə ALDP-nin mətbuat xidmətinin məlumatında bildirilib.

 

Bəyanatda deyilir:

 

"Aprelin 24-də dünya erməniliyinin qondarma "erməni soyqırımının anım günü"-nü qeyd etdiyi gün Co Bayden müraciətində "erməni soyqırımı" adlandıran ilk ABŞ prezidentidir. Bu açıqlama Baydenin prezident seçkiləri ərəfəsindəki təbliğat kampaniyasında ermənilərə verdiyi vədlərdə yer almışdı.

 

Türkiyə son 10 ildə regionun əsas oyunçusuna çevrilib və müstəqil siyasətini qoruyub saxlaya bilib. Bu gün regionda siyasi-iqtisadi problemlər Türkiyəsız həll oluna bilməz. Türkiyənin regionda artan nüfuzunu bəzi Avropa ölkələri, o cümlədən ABŞ həzm edə bilmir. Eləcə də Türkiyənin Qarabağ məsələsində qəti mövqeyi də bu ölkələr tərəfindən müsbət qəbul olunmur. Digər tərəfdən Rusiya ilə əlaqələrin genişlənməsi və dərinləşməsi bu ölkələri qıcıqlandırır.

 

ALDP olaraq hesab edirik ki, Baydenin bu bəyanatın əsasında xristian həmrəyliyi nümayiş olunur.

 

ALDP hesab edir ki, milli birliyimizi türk və müsəlman dövlətləri ilə birlikdə qorumalıyıq. İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Şurası təcili olaraq toplanmalı və qondarma “erməni soyqırımı”nı pisləyərək Türkiyəyə dəstək bəyanat verməlidirlər.

 

ALDP olaraq bir daha qeyd edirik ki, ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirlər tarixi həqiqətlərin təhrif olunmasıdır və heç bir sübutu olmayan tarixi hadisələrə indiki həssas məqamda qiymət verməyə cəhd göstərmək səhv addımdır.

 

ALDP bəyan edir ki, qondarma “erməni soyqırımı” ilə bağlı əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün birgə səylə çalışmalıyıq”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"