MCP Baydenin bəyanatına təəssüf etdi

19:48 25-04-2022 | icon 216 | Siyasət
MCP Baydenin bəyanatına təəssüf etdi

"Ümid edirik ki, bundan sonra sülh danışıqlarına öz töhfəsini verəcək"

 

Milli Cəbhə Partiyası (MCP) Co Baydenin “erməni soyqırımı” ifadəsi ilə bağlı bəyanat yayıb.

 
 
Versus.Az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətinin məlumatında bildirilib.
 
 
Bəyanatda deyilir:
 
 
"ABŞ prezidenti Co Bayden 1915-ci il hadisələri ilə bağlı açıqlamasında növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlədib.
 
 
Qeyd edək ki, 44 günlük müharibədən sonra Türkiyəylə Ermənistan arasında münasibətlər yaxşılaşıb.
 
 
Ermənistanın nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olub. Azərbaycanla Ermənistan nümayəndələri Türkiyədə danışıqlar aparıblar.
 
 
Bundan əlavə Avropa İttifaqının vasitəçiliyi ilə iki ölkə arasında Brüssel görüşü baş tutub. Hazırda Azərbaycanla Ermənistan münasibətləri yaxşılaşmağa doğru gedə, sülh müqaviləsi bağlana bilər.
 
 
Belə bir zamanda ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlətməsi Ermənistanı sülhdən yayınmağa təhrik edir, hazırkı danışıqlar, sülh prosesinə xələl gətirir.
 
 
ABŞ prezidenti Co Baydenin belə bir ifadə işlətməsinə təəssüf edirik. Biz ümid edirik ki, bundan sonra ABŞ Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə öz töhfəsini verəcək, sülhün yaranması üçün köməkliyini əsirgəməyəcək".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"