Paytaxtda qəzalı binaların inventarizasiyasına BAŞLANILDI

12:47 26-04-2022 | icon 120 | Sosial
Paytaxtda qəzalı binaların inventarizasiyasına BAŞLANILDI

Bakıda qəzalı binaların inventarizasiyasına başlanılıb.

 

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə rayon icra hakimiyyəti başçıları şəxsən məsuliyyət daşıyırlar.

 

Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb.

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamına əsasən yaradılan Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları icra hakimiyyətlərinin məsul nümayəndələri daxil ediliblər.

 

Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanması tapşırılıb.

 

Sərəncamda Bakı şəhərinin rayon icra hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb.

 

Qeyd edilib ki, artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ