Azərbaycanda ailə problemlərinin həllində YENİLİK

13:38 26-04-2022 | icon 123 | Cəmiyyət
Azərbaycanda ailə problemlərinin həllində YENİLİK

“Qoruyucu Ailə Sistemi” təcrübəsi tətbiq ediləcək

 

Azərbaycan Türkiyənin “Qoruyucu Ailə Sistemi” təcrübəsindən istifadə edəcək.

 

Bu barədə Versus.Az sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. 

 

Bildirilib ki, sözügedən məsələ ilə bağlı Komitə sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti artıq Türkiyədə səfərdə olub.

 

Komitə sədri bildirib ki, Türkiyədə “Qoruyucu Ailə Sistemi”nin Azərbaycanda tətbiq edilməsi çox faydalı ola bilər:

 

“Sistemin fəaliyyət prinsiplərini öyrənirik. Bizim fəaliyyət istiqamətlərimiz ilə üst-üstə düşən məqamlarını  dəyərləndirəcəyik. Məqsədimiz ölkəmizdə tətbiq edilən mövcud sistemin daha da təkmilləşdirilməsidir. Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Derya Yanık ilə bu mövzu istiqamətində müzakirələrimiz oldu. Ailə, qadın və uşaq məsələlərinə dair mövcud vəziyyəti idarə etmək, uğurlu nəticələr əldə etmək üçün ölkələrimizin müsbət təcrübələrindən qarşılıqlı istifadənin məqsədəuyğun olacağını nəzərə alaraq, tərəfdaşlıq imkanlarını genişləndirmək barədə razılığa gəldik. Təbii ki, ilk növbədə Türkiyə ilə Azərbaycan hökumətləri arasında bu sahədə əməkdaşlığın çərçivələrini müəyyən edən sənədləri yeni reallıqlar prizmasından dəyərləndirməyə və bu əsasda birgə fəaliyyət planının hazırlanmasına dair işçi qrupu yaradılacaq. Yaradılacaq işçi qrupuna müvafiq tapşırıqlar verilməsinin vacibliyini vurğuladıq. Həmçinin müxtəlif xidmət müəssisələrinə baxış keçirdik. Ölkə və region səviyyəli mərkəzlərin işi və müasir standartlara uyğun təcrübələri ilə tanış olduq. Bir daha gəldiyimiz qənaət ondan ibarətdir ki, qardaş ölkənin bu sahədə təcrübəsindən istifadə etməklə bir sıra məsələlərdə daha tez və uğurlu nəticələr əldə etmək mümkün olacaqdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"