ALDP-dən jurnalistlərə İFTAR SÜFRƏSİ

06:32 27-04-2022 | icon 343 | Cəmiyyət
ALDP-dən jurnalistlərə İFTAR SÜFRƏSİ

“Elliklə etdiyimiz xoş dualar nəhayət ki, qəbul olunur”

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ölkədə fəaliyyət göstərən bir neçə KİV nümayəndələrinə iftar süfrəsi təşkil edib. Ramazan ayının 25-cı gününün 19:45 iftar saatında ALDP-nin iftar süfrəsi ətrafında bir araya gələn KİV nümayəndələri bu müqəddəs ayın sevincini, ruzisini birgə paylaşıblar. Partiya rəhbərliyi Allah yolunda tutulan orucunu öz duaları ilə açan jurnalistlərə həmrəy olaraq xoş duaların savabına qoşulub.

 

Versus.Az xəbər verir ki, iftar süfrəsinə siyasi partiyalardan da dəvətlilər olub.

 

Partiya sədri iftarını açan qonaqlarını salamlayıb və hər birinə qılınan namazların, tutulan orucun, edilən duaların qəbul olunmasını arzu edib.

 

F.Əliyev Quranın nazil olduğu bu birlik, bərabərlik sayılan müqəddəs Ramazan ayında maddi, mənəvi gözəlliklər, sevgi, tolerantlıq və həmrəylik hisslərinin bərabər paylaşılması diləyi ilə ölkəmizə, dünyamıza, insanlığa firavanlıq, azadlıq, bolluq, ruzi-bərəkət arzu edib.

 

Partiya sədri bildirib ki, dini əhəmiyyəti, həmrəylik hisslərinin fərdi və sosial məsuliyyətinin yüksək olduğu bu ayın müqəddəs bir ay kimi səciyələndirilməsi məhz çörəyimizi, sevincimizi paylaşmaq, həmrəyliyimiz baxımdan təsadüfi deyil:

 

 

“Ramazan ayının iftar süfrələri ölkəmizin çox gözəl guşələrində, elə bu yaxınlarda Şuşa Zəfərində də açıldı. Ramazan ayında Şuşamız və işğaldan azad olunan digər ərazilərimiz bütün Dünya Azərbaycanlılarının əsl həmrəylik ocağına çevrildi. Düşünürəm ki, Azərbaycan ictimai-siyasi camiyəsi bu ayın iftar süfrələrini bir başqa coşqu, bir başqa hisslərlə qeyd edir. Biz dünyada və ölkəmizdə pandemiyanın yaratdığı məsafələrin nəhayət getdikcə azalmasını bərabərliyimizi, birliyimizi azad torpaqarımızda açılan süfrələrimiz, edilən dualarımızda gördük. Vətənin firavanlığı, bolluq içində yaşaması üçün elliklə etdiyimiz dualar nəhayət ki, qəbul olunur. Buna şükr edirik. Azərbaycan xalqının tutduğu orucun, gözəl niyyətlərinin, dualarının qəbul olunması diləyi ilə hər kəsi təbrik edirəm”.

 

Partiya sədri, partiya və ölkə ictimaiyyəti olaraq qarşıda bizi çox görüləcək işlər gözlədiyini bildirib. Onun sözlərinə görə, mövcud vəziyyət insanlarımıza daha çox həmrəylik, birlik, dostluq, mehribanlıq şəraitində yaşamağı tövsiyə edir.

 

 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"