"İşdən çıxaranda ərizə yazdırırlar ki, öz istəyi ilə istefa verir"

06:49 27-04-2022 | icon 253 | Siyasət
"İşdən çıxaranda ərizə yazdırırlar ki, öz istəyi ilə istefa verir"

Razi Nurullayev: "Rüşvətxorun, dələduzun tərcümeyihalını korlamaq istəmirlər, səbəb?"

 

Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, ona ərizə yazdırırlar ki, "könüllü istefa verir", "sağlamlıq durumuna görə işini tərk edir" və digər həqiqəti əks etdirməyən səbəblər".

 
 
Versus.Az xəbər verir ki, bunu parlamentdəki çıxışında deputat Razi Nurullayev bildirib.
 
 
Razi Nurullayev bu praktikanı iki səbəbdən ziyanlı hesab etdiyini vurğulayıb:
 
 
"Birincisi, vətəndaşın əmək hüquqları pozulur, konkret olaraq onu təzyiq və təhdid altında ərizə yazmağa məcbur edirlər. İkincisi, belə çıxır ki, oğrunun, rüşvətxorun, dələduzun tərcümeyihalını korlamaq istəmirlər və sabah da o gedib başqa yerdə daha gözəl işə düzəlir, orada da dağıdıcı fəaliyyətini davam etdirir. Hər iki halda ziyan görən cəmiyyət və bizim gələcəyimizdir".
 
 
R.Nurullayev bildirib ki, hər iki halda qanun pozulur, hər iki halda saxtakarlıq edilir:
 
 
"Bu praktika bütün dövlət orqanlarında və özəl sektorda baş verir. Bu praktikanın dayandırlmasını və qanunun tələb etdiyi şəkildə, zor və təzyiq, o cümlədən əsassız güzəşt olmadan həyata keçirilməsini istəyirəm".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ