Milli Şuranın "mən də varam" GÖRÜNTÜSÜ

14:38 27-04-2022 | icon 264 | Siyasət
Milli Şuranın "mən də varam" GÖRÜNTÜSÜ

Fuad Əliyev: "İndi də növbəti sifariş alıblar ki, ölkədə qarşıdurma olsun"

 

Demokratik Qüvvələrin Milli Şurası adlanan qurum yenidən ortaya çıxaraq, “ictimai-siyasi fəallara qarşı repressiyalar var” - deyə, bəyanat yayıb. Bəyanatın “əsas ruhu” aydındır - hakimiyyət ittiham edilir. Amma maraqlı olan bəyanat verənlərin beynəlxalq ictimaiyyətə və Azərbaycan cəmiyyətinə yönəlik ittihamlarıdır.

 

Milli Şura hesab edir ki,  Azərbaycandakı vəziyyətə görə “beynəlxalq birlik də özünün kəsərsiz mövqeyi ilə ciddi məsuliyyət daşıyır”. Milli Şura “ölkədə belə bir vəziyyətin yaranmasına görə Azərbaycan cəmiyyətinin daşıdığı məsuliyyəti də xatırlatmağı özünə borc bilir”.  Xalq hakimiyyətə qarşı “mütəşəkkil qaydada müqavimət göstərmədiyi, mübarizəni öndə olan az sayda ictimai-siyasi fəalın öhdəsinə buraxdığı” üçün qınanır. Maraqlıdır ki, Milli Şura təsvir etdikləri “qorxunc vəziyyətə” görə öz məsuliyyətləri haqda danışmır.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev məsələyə çox sərt yanaşıb. O, bu özfəaliyyət dərnəyinin hələ də fəaliyyət göstərdiyindən xəbərsiz olduğunu bildirib:

 

"Keçmişin tör-töküntüləridir. İndi orada qalan 2-3 nəfər bu tipli bəyanat verməklə öz mövcudluğunu göstərmək istəyir. Kim bunları yaradıb, arxasında durub, bunu xalq daha yaxşı tanıyır. İllər boyu xalqın ümidini qıran bunlar olub. Bir qrup insanı qabağa verib, özləri isə şəxsi maraqlarını təmin etmək üçün hakimiyyətlə danışıqlara gedirdilər, deputat olurdular. ”Ərəb inqilabı", “Narıncı inqilab”, Qazaxıstanda olan proseslərdən,  Ukraynada gedən müharibədən danışırlar, həvəslənirlər, sanki bütün bunlar bizdə baş verir...  Zelenskisayağı beynəlxalq birliyi ittiham edirlər..."

 

ALDP sədri vurğulayıb ki, bunlar Azərbaycanı Suriyanın, Ukraynanın vəziyyətində görmək istəyirlər:

 

"İndi də növbəti sifariş alıblar ki, ölkədə qarşıdurma olsun, vətəndaşları “qorxunc vəziyyətlə” hədələyirlər. Azərbaycan cəmiyyəti bunlara dəstək vermədiyinə görə xalqı ittiham edirlər.

Xalqımız çox müdrik xalqdır, şou aləminə aid olan belə “siyasətçilərin”,  boşboğazların dalınca heç vaxt getməz və onları dəstəkləməz". /Yeni Müsavat/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"