Eminin lüks malikanəsinin GÖRÜNTÜLƏRİ

15:05 27-04-2022 | icon 227 | Şou-biznes
Eminin lüks malikanəsinin GÖRÜNTÜLƏRİ

Hovuz, spa, hamam, bilyard otağı və lifti olan malikanə... Bütün bunlar “Star Hit”in Azərbaycan Respublikasının Xalq artisti Emin Ağalarovun dəbdəbəli malikanəsindən hazırladığı reportajda əks olunub.

 

Malikanə artistin özünə məxsus olan elit “Agalarov Estate” qəsəbəsində yerləşir.

 

42 yaşlı musiqiçinin hamının həsəd aparacağı şəkildə inşa olunan villasının birinci mərtəbəsindən növbəti mərtəbəyə aparan iki pilləkən var.

 

 

Divarlar, döşəmələr, tavanlar, qapılar - hamısı ağ rəngdədir. Demək olar ki, hər küncdə yastıqlı divanlar və mini masalar var. Güldanlar və pərdələr də açıq çalarlardır.

 

 

Nəhəng qonaq otağı, şüşə stollu mətbəx, idman zalı, hovuz, spa... - Eminin malikanəsi sanki bahalı beşulduzlu hoteldir.

 

 

Ağalarovun villasında həmçinin lift, bilyard otağı və sauna da var.

 

 

“Mən hər zaman çoxlu uşağımın olacağını planlaşdırmışam və planlaşdırıram. Onları isə harasa yerləşdirmək lazımdır. Bütün uşaqların dayələri, evdə işləyən işçiləri var”, - deyə müğənni izah edib.

 

Qeyd edək ki, məşhur ifaçının dörd övladı var. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"