Ümummilli liderimizin ana dilimizə qayğısı və XİDMƏTLƏRİ

14:30 28-04-2022 | icon 201 | Siyasət
Ümummilli liderimizin ana dilimizə qayğısı və XİDMƏTLƏRİ

 Musa Quliyev: “Millətə sayğı onun dilinə qayğısından başlayır”

 

“Hər bir xalqın milli kimliyi onun dilindən başlayır. Dilin saflığı millətin saflığı deməkdir. Dilin zənginliyi millətin mənəvi zənginliyinin ifadəsidir. Latın dili yaşayır, Latın deyilən bir xalq yoxdur. Dil bu halda xalqını da yaşadır”.

 

Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Musa Quliyev özünün sosial şəbəkə hesabında yazıb.

 

Bu, elə həmin ərəfədə Dünya Azərbaycanlılarının Şuşa Zəfəri – V qurultayında Azərbaycan dilinin xarici ölkələrdə yaşayan azərbaycanlı ailələrdə qorunması ilə bağlı Prezidentin tövsiyələri fonunda xüsusilə maqar kəsb edir.   

 

Quliyev bildirib ki, dili özündən əvvəl ölüb tərg olan xalqlar da var, bədbəxdirlər və yavaş-yavaş xalq kimi yox olmağa məhkumdurlar:

 

“Sovetlər imperiyasının içərisində yaşadığımız illərdə bu faciə bizi də gözləyirdi. Altmışıncı illərin sonlarında artıq Bakı rus dilli bir şəhərə çevirilməkdə idi. 

Nə yaxşı ki, o illərdə Ulu Öndər Heydər Əliyev Respublikamızın rəhbərliyinə gəldi və çökməkdə, tənəzzüldə olan bir məmləkəti yenidən dirçəlmək uğrunda mübarizəyə başladı. Ulu öndər təkcə məhv olmaqda olan iqtisadiyyarımızı dirçəltmədi, həm də sosial və mənəvi varlığımıza da yeni nəfəs gətirdi, yeni ümidlər verdi.

Milli-mənəvi dəyərlərimiz Ümummilli Lider Heydər Əliyev tərəfindən həm onun rəhbərliyinin Sovet dönəmində, həm də müstəqillik dövründə yüksək qiymətləndirilmiş, həmişə uca tutulmuş, O, xalqın mənəvi yaddaşının qorunması və zənginləşməsi üçün, fərman və sərəncamlar vermiş, əməli işlər görmüşdür”. 

 

M.Quliyev bildirib ki, dilimizin son 50 ildəki inkişafı, onun dövlət dili, hüquq, siyasət, elm, diplomatiya dili səviyyəsinə qalxması, ümummilli lider Heydər Əliyevin ana dilimizə qayğısı və xidmətləri ilə bağlıdır:

 

“Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinə qədər Azərbaycan dili ölkəmizdə ikinci dil, məişət dili idi. Sovet hakimiyyətinin o dönəmində ölkədə bütün yazışmalar, rəsmi çıxış və məruzələr, ictimai-siyasi və elmi toplantılar rus dilində aparılırdı. Bu dönüş Heydər Əliyevlə başladı, özü nümunə oldu, digər partiya-dövlət işçilərini və elm – istehsalat rəhbərlərini də ana dilimizdə danışmağa, çıxışlar etməyə məcbur etdi.

Məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan dilinin dövlət dili olması müddəası salındı. İndi bu sözləri yazmaq və söyləmək çox asandır, o zaman isə Ümumittifaq dövlətin rus şovinizmi basqısı altında bu işləri görmək böyük cəsarət və siyasi müdriklik tələb edirdi.

 

Dilin xalqın və dövlətin həyatında müstəsna əhəmiyyətini vurğulayan Heydər Əliyev deyirdi:

“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

 

Ulularımızı hər zaman rəhmətlə anaq, dilimizi qoruyaq, zənginləşdirək, başqa dillərin içərisində əriməyə yol verməyək! Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də şəxsiyyət hadisəsidir”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"