Bakıda insident

12:01 29-04-2022 | icon 218 | Hadisə
Bakıda insident

Polis kafedə qadına silahla hücum edən şəxsə atəş açdı

 

Bakıda kafedə qadına qarşı silahlı hücum olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, aprelin 29-na keçən gecə saat 02:50 radələrində Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə daxil olan məlumat əsasında polis əməkdaşları hadisə yerinə gediblər.

 

Orada kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1 000 manat pul tələb etdiyini, kafenin şüşələrini sındırdığını, işçilərdən birinə bıçaqla xəsarət yetirərək oranı tərk etdiyini deyib.

 

Dərhal həmin şəxsin saxlanılması üçün axtarış tədbirlərinə başlanılıb, qısa zaman ərzində onun yeri aşkarlanıb.

 

Polis əməkdaşları ona yaxınlaşdıqda həmin şəxs bıçaqla onlara hücum edib, xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib. Belə olduqda polis əməkdaşları tabel silahından havaya iki dəfə xəbərdarlıq atəşi açıblar.

 

Buna baxmayaraq, o, silahlı müqavimətini davam etdirdiyindən polis onun ayaq nahiyəsinə atəş açıb zərərsizləşdirərək yaxalayıb.

 

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər.

 

Müəyyən edilib ki, həmin şəxs 49 yaşlı, əvvəllər üç dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini Teymur Yolçuyevdir.

 

Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatına təhlükə yoxdur.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ