Qızları təhsildən yayındıranlara CAVAB

12:50 29-04-2022 | icon 213 | Təhsil
Qızları təhsildən yayındıranlara CAVAB

“Azərbaycanda qadınların təhsil almasında heç bir problem yoxdur. Düşünürəm ki, deputat Fazil Mustafanın qız məktəblərinin yaradılması ilə bağlı verdiyi təklif heç də pis deyil”.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Hacı Şahin söyləyib.

 

Din xadimi bildirib ki, qız məktəblərinin açılması təhsilin keyfiyyətinə mənfi deyil, müsbət təsir göstərə bilər.

 

Qadınların kişilərlə birgə təhsilini dini nöqteyi-nəzərdən təhlil edən din xadimi vurğulayıb ki, dinimiz qadınların kişilərlə bir müəssisədə işləməsini və oxumasını qadağan etmir, amma belə bir alternativin olmasını istər dini nöqteyi-nəzərdən, istərsə də öz şəxsi baxışına görə müsbət qarşılayır:

 

“Azərbaycanda bütün qızlar məcburi və icbari təhsil alırlar və mən təhsillərini sırf qız məktəblərində almalarında heç bir qəbahət görmürəm. Hazırda Azərbaycanda kifayət qədər yüksək göstəriciləri olan Bakı Qızlar Universiteti var. Əgər ali təhsil ocağı varsa, niyə də qız məktəbləri olmasın?”.

 

Hacı Şahin ölkədə din adından istifadə edərək qızları təhsildən yayındıranlara da ismarış yollayıb:

 

“Bəzi insanlar dinə istinad edib, müsəlmanıq deyərək qızları təhsildən məhrum edirlər. Amma bu doğru yanaşma deyil. Əksinə, islam buyurur ki, təhsil almaq bütün kişi və qadınlar üçün vacibdir”. /Bizim.Media/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ