"Özləri bu həyatı yaşayanlar insan alverinə qarşı qəti mübarizlərə çevrilirlər"

14:45 29-04-2022 | icon 214 | Cəmiyyət
"Özləri bu həyatı yaşayanlar insan alverinə qarşı qəti mübarizlərə çevrilirlər"

Zahid Oruc: ”Daxili işlər orqanları insan alverinə qarşı mübarizədə sərt və prinsipialdır”

 

Azərbaycan dövləti vətəndaşların sabit və təhlükəsiz şəraitdə yaşamasını, cinayət əməllərindən qorunmasını təmin edən möhkəm hüquqi bazanı və ictimai-siyasi təməlləri yaratmağa nail olub, bu sahədə əsas beynəlxalq hüquqi sənədlərə qoşulub. Onların sırasında BMT-nin “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" Protokolu (Palermo;2000-ci il), Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyası (2005-ci il) xüsusi yer tutur.

 

Versus.az xəbər verir ki, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi (İAQMBİ) yarandığı 17 ildən artıq müddətdə hər il mütəmadi olaraq Məlumatlarını təqdim edir və artıq ölkəmizin hüquq-mühafizə siyasətində mütərəqqi ənənəyə çevrilib.

 

494bd260-d0fe-4e88-858a-d2ec527c4847_850.jpg (101 KB)

 

İllik Məlumatın müzakirəsi zamanı, ilk növbədə keçmiş sovet məkanı dövlətlərinin müvafiq qurumlarının fəaliyyəti ilə müqayisə etməyə çalışaraq deyə bilərik ki, yalnız ölkəmizdə yaradılan ayrıca bir təsisata rast gəlirik. MDB arealında DİN-nin, HMO-nın strukturunda insan alveri ilə mübarizə sahəsində Baş İdarə statuslu qurum yoxdur.

 

Azərbaycan dövləti “müasir köləlik” adlanan və bəşəriyyət adına utanc gətirən bu cinayətkalıq əməllərinin qarşısını almaq yönündə ciddi iradəsini ortaya qoyub və mühüm tədbirlər həyata keçirir.

 

Məlumatın qısa şərhinə keçməzdən əvvəl xüsusi vurğulayaq ki, dünyada pandemiya zamanı insan alveri nəinki artıb, onun yeni trendi - “online, kiber insan alveri” sürətlə inkişaf edib. Nəticədə yaranan çağırışların özü-insan alverinə qarşı yeni qlobal qlobal səyləri ortaya qoymağı tələb edir.



kiber.jpg (39 KB)

 

Məlumatla bağlı qeydlərimiz- “Giriş, Qanunvericilik, Profilaktika və maarifləndirmə, təlim və treninqlər, Beynəlxalq əməkdaşlıq, Məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər,Cinayət təqibi və qurbanlarla iş, Qarşıda duran vəzifələr,İnsan alveri ilə mübarizənin nəticələrinə dair statistik göstəricilər” adlı 8 bölmədən ibarət hesabatda bu sahədə vəziyyətlə bağlı ətraflı və sistemli mənzərə təqdim edilib. Hesabatın  keyfiyyət əsaslı təhlili və statistik əlavələrdən ibarət olması hər birimizə bu sahə ilə bağlı aydın təsəvvür əldə etməyə imkan yaradır.

 

Milli təsisatın yarandığı 2005-ci ildən bəri “İnsan alveri cinayətlərinin dinamikası”nın statistik  blokunda, 2015-ci ildən başlayaraq, cinayətlərin hər il artmasını, 127-dən 202-yə qalxmasını görmək olar. Bu da hazırkı dövrdə qlobal tendensiyanın ölkəmizdən də yan keçmədiyini deməyə əsas verir. Bununla yanaşı, faiz nisbətində ölkəmizdə vəziyyətin müsbətə doğru dəyişdiyini göstərir.

 

Əlbəttə, Milli Koordinator və Baş İdarənin müvafiq strukturu tərəfindən ölkəmizdəki vəziyətin adekvat  təhlili, Azərbaycanda da insan alverinə qarşı ümumdövlət tədbirləri və dövlətin müvafiq hüquq–mühafizə siyasətinin reallıqda olduğu kimi, tam dolğunluğu ilə əksini tapması beynlxalq hesabatlarda ölkəmizin 8 il əvvəl tutduğu nisbətən yüksək səviyyəni qorumasına səbəb olardı. Belə ki, ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair ənənəvi illik hesabatlarında Azərbaycan ardıcıl olaraq 3 ildir ki, 2-ci sıra/səviyyə (TİER 2)  ölkələr sırasına aid edilir. Ermənistan da həmin sırada qərarlaşıb. Bu 188 ölkə arasında yaxşı göstəricidir. Bununla yanaşı, hesab edirik ki, dəyərləndirmənin hər bir müddəası təfərrüatlı öyrənilməsi, Milli qurumun onlara dair rəsmi, açıq mövqeyini irəli sürməsi məqsədəuyğun olar.

 

alb.jpg (27 KB)

 

Xatırladaq ki, Dövlət Departamenti əvvəlki hesabatlarında yerli məhkəmələri insan alveri qurbanlarına verilən hökmlərin yüngülləşdirilməsini və ya şərti cəzaların alınmasında və qeyri-hökumət təşkilatları (QHT) tərəfindən yaradılan insan alveri qurbanları üçün sığınacaq yerlərinin maliyyələşdirilməməsini mənfi hal kimi vurğulamışdı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində insan alveri və məcburi əməyə görə kifayət qədər sərt cəzalar nəzərdə tutulmasını vurğulaıb. (144-1, 144-2). Onu da deyə ki, cari ildən ABŞ Departamentinin Hesabatında insan alverində "mənbə ölkəsi, tranzit və təyinat ölkəsi" kimi ənənəvi terminologiyadan yayınıb. Bu Azərbaycanın xeyrinə olmayan məqamdır. Belə ki, ölkəmiz coğrafi baxmdan tranzit ölkəsidir və bütün hər 3 növün ölkəmiz adına yazılması dolaşıqlıq yaratmaqla, qeyrii-məqbul haldır.

 

Vətən müharibəsi və torpaqların işğaldan azad edilməsinin dünyada insan alverinə qarşı mübarizəyə  töhfə olduğunu xüsusi vurğulaya bilərik. Burada  mühüm məsələ- I Qarabağ  müharibəsində bizim itkin düşmüş 4000 vətəndaşımızın taleyi ilə bağlıdır.İtkin düşmüş və əsirlikdə olan soydaşlarımızla bağlı İnsan alveri sahəsində beynəlxalq qurumların tribunalarından məsələni daha sistemli qaldırmaq üçün Koordinator bu sahədə dövlət strkuturlarının fəaliyyətini bir arada təşkil edə bilər.

 

vilayet-eyvazov.jpg (31 KB)

 

Doğrudur, heç bir HMO insan alveri kimi mürəkkəb cinayəti dövlət, hakimiyyət institutları, vətəndaş cəmiyyəti, bir sözlə bütövlükdə xalqımızın dəstəyi olmadan həll edə bilməz.Burada xüsusi xatırladaq ki, hazırda Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazovun uzun illər Milli Koordinator kimi bu sahədəki beynəlxalq təşkilatlarla sıx əlaqələri, aparılan siyasətlə yaxından tanışlığı və Parlamentin əksər sorğularına operativ reaksiyası müsbət ənənə kimi indi də davam edir. Əlbəttə, bu sahədə cinayətlərin fövqəladə çətinliyi, insan alverini həyata keçirənlərin yerli siyasi, sosial, iqtisadi və mədəni xüsusiyyətlərdən, çətin ayırd edilən yollardan istifadə etməsi hər kəsə məlumdur.

 

Bir qeydimiz uşaqlarla bağlıdır.Məcburi əmək və uşaq əməyi istismarı ilə bağlı fəaliyyət formatının yenilənməsinə, eyni QHT-lərin arxayınlıq yanaşmasını aradan qaldırmaqla fəallığa təkan verilməsi təxirəsalınmaz məsələdir.

 

Milli Koordinatorun Hesabatında övvəlki ildə deyilirdi ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, Avropa Şurasının İnsan alverinə qarşı   mübarizə üzrə Ekspertlər qrupu– GRETA-nın, Beynəlxalq Miqrasiya qurumunun hesabatları öyrənilmiş, təklif və tövsiyələri nəzərə alınmış, həmin təşkilatlarla əməkdaşlıq gücləndirilmişdir. Qurbanların müdafiəsi, cəmiyyətə reinteqrasiyası və digər vacib istiqamətlərdə aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə sistemli iş aparılır.Bu sənəddə də ona yer verilməsi vacibdir.

 

insanalveri18.9.2020_1600379108 (1).jpg (26 KB)

 

Beynəlxalq dəyərləndirmələrdə mühüm sayılan  yenilik “qurbanların müdafiəsinin insan haqları çərçicəsində həlli”, “qurban” anlayışından, “cinayət dəhşətlərini yaşayan və ona qarşı mübarizə aparan fəal şəxs” termininə keçid başlıca tələblədəndir. Burada vacib məsələ: “hər hansı qurbanın aşkar edilməsi, hüquqlarının müdafiəsi mərhələsindən onun özünün İnsan alverinə qarşı mübarizə sıralarında fəala çevrilməsi”-sosial inteqrasiya məsələsidir. “İnsan alveri sahəsinin qəhrəmanı” nominasiyasında müəyyən dəstəklə özləri bu həyatı yaşayanlar insan alverinə qarşı qəti mübarizlərə çevrilirlər. Hər il ABŞ Dövlət departamenti dünya üzrə bu cür 10 fəal aşkarlayır, onları mükafatlandırır və ölkələrin mövqeyini irəliyə çəkirlər. Azərbaycanda belə nümunələr çox olduğu üçün onları dünyaya təqdim etmək vətəndaş cəmiyyətinin hədəfində ola bilər.

 

     31ed18c5-a96d-352b-810a-ec63d58460b8_850.jpg (30 KB)

 

Sonda bir daha yeni qanun qanun layihəsi haqda: "Azərbaycanda insan alveri qurbanlarının müdafiəsi və reabilitasiyası haqqında”-qəbul edilməsi reytinqlərdə irəliləməmizə əsas verə bilər.

 

Təkliflər sırasında: İdarənin internet saytında xəbərlərin müəyyən bir intensivlikdə yenilənməsi ola bilər.Baş İdarənin bu həyati vacib sahəni nəzərə almaqla,sosial şəbəkələrdə aktivliyi kommunikasiya quruculuğuna töhfə verər, yeni cinayət qurbanlarının qarşısını alar.

 

Ümidvarıq ki, Milli Koordinatorun illik Məlumatı parlament üzvləri tərəfindən obyektiv dəyərləndirləcək və ona müsbət səs veriləcəkdir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"