Böyrək daşlarının tökülməsi üçün QARIŞIM

07:34 04-05-2022 | icon 85 | Sağlamlıq
Böyrək daşlarının tökülməsi üçün QARIŞIM

Böyrək daşı xəstəliyi insanlarda ən güclü ağrı ilə müşayət olunan xəstəlikdir. Böyrək daşlarından bir çox insanlar əziyyət çəkir.

 
 
Müasir tibbdə müxtəlif tibbi vasitələrlə böyrək daşlarından azad olmaq vasitələri var. Amma, tarix boyu bu daşlardan təbii vasitələrlə qurtarmağa çalışmış və yaxşı nəticələr əldə etməşlər.
 
 
Böyrək daşları orqanizmdə kalsiumun çoxalması və böyrəklərdə yığılıb qalması səbəbindən baş verir. 80% daşların əmələ gəlməsi kalsium mübadiləsinin pozulması səbəbindən əmələ gəlir. Kalsium tərkibli daşlardan başqa fosfat və oksalat tərkibli daşlar da böyrəklərdə əmələ gələ bilir ki, bunlar da vaxtında tökülmədikdə böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Çikaqo Universitetinin uroloqları sitrus meyvələrinin böyrəklərdə əmələ gələn daşların tökülməsinə səbəb olduğunu sübut etmişdir.
 
 
Limon - tərkibində ən çox sitrat olan sitrus bitkisidir. Onun tərkibində böyrək daşlarının tökülməsini sürətlndirən ideal vasitələr var. Limondan istifadə etdikdə sidiyin tərkibində sitratın midqarı artır və kalsium daşları parçalanır. Limon şirəsinin zeytun yağı ilə qarışığı isə daşları parçalayaraq düşməsini asanlaşdırır. Limon şirəsi və zeytun yağı qarışımı böyrək daşlarının tökülməsi üçün ən yaxşı vasitə hesab edilir. Bunun üçün aşağıdakılar lazımdır:
 
 
* zeytun yağı - 2 xörək qaşığı
 
* limon şirəsi - 2 xörək qaşığı
 
* limon yağı - 2 damcı
 
* su - 1 stəkan
 
 
2 xörək qaşığı limon şirəsinin üzərinə 2 qaşıq zeytun yağı əlavə edilir. Sonra limon yağı damızdırılıb qarışdırırlır. Qarışım içildikdən sonra 1 stəkan ilıq su qəbul edilir. Bu prosedur gün ərzində 3 dəfə təkrarlanır və gün ərzində çoxlu su içilir. /milli.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"