“Folklorçular” İctimai Birliyindən "Dastan gecələri"

10:00 04-05-2022 | icon 227 | Cəmiyyət
“Folklorçular” İctimai Birliyindən "Dastan gecələri"

Təbrizdə fəaliyyət göstərən dastan söyləyiciləri Bakıya dəvət ediləcək

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Folklorçular” İctimai Birliyi 2022-ci ilin fevral ayından etibarən “Milli mənəviyyatımızın işığı olan "Dastan gecələri"nin bərpası və təbliği” adlı layihənin icrasına başlayıb.

 

Geniş həcmi ilə seçilən dastanlar qurluş etibarı ilə Avropa romanlarını xatırladır. Orada qəhrəmanın həyat hekayəsi özünə geniş yer tapır. Dövrün hadisələri burada mifoloji təsəvvürlərlə çulğlaşmış şəklidə təzahür etdiyi üçün dastanlar həm də millətin sözlü tarixidir, onun keçmişinin, tarixinin öyrənilməsində əvəzsiz rol oynayır.

 

Qeyd etdiyimiz kimi təşkilat əvvəllər də Azərbaycanda dastançılıq ənənəsinin qorunub saxlanması və inkişafı üçün bir sıra tədbirlər həyata keçirib. Növbəti addım kimi bu günlərdə Bakı şəhərində Borçalı aşıqlarının ifasında 3 günlük “Dastan gecələri”nin keçirilməsi reallaşdırıldı. “Dastan gecələri”ndə Gürcüstan “El” aşıqları təşkilatının sədri Nargilə Mehtiyeva, təşkilatın üzvləri Aşıq Əşrəf Qəriboğlu (Təmirov), Aşıq Qara Süleymanov, Aşıq Samir Qaraxanov, Aşıq Qabil Abduyev, Aşıq Dərya Məlikzadə iştirak etdilər.

 

Tədbirə AMEA-nın müxtəlif İnstitutlarından elm adamları, Aşıqlar Birliyindən, müxtəlif ali məktəblərin tələbələri, aşıq yaradıcılığını sevən Bakı sakinləri qatılıblar. 3 gün ərzində aşıqların ifasında tamaşaçılıar müxtəlif dastanlardan hissələri dinlədilər.

 

Təşkilat gələcəkdə Təbrizdə fəaliyyət göstərən dastan söyləyicilərini Bakıya dəvət edərək, burada “Dastan gecələri” keçirməyi planlaşdırır.

 

Tədbirin sonunda aşıqlara sertifikat və hədiyyələr verildi.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ