Zelenskidən Türkiyəyə ittiham - MƏQSƏD?

09:15 04-05-2022 | icon 106 | Geopolitika
Zelenskidən Türkiyəyə ittiham - MƏQSƏD?

Vüqar Dadaşov: "Mənəvi baxımdan nankorluq, xəyanət, əxlaqsızlıq olsa da..."

 

"Siyasət çox çirkin oyundur və ən azı onun üçdən çox sifəti var. Ukrayna prezidenti Volodimir Zelenski yunan telekanalına müsahibəsində Türkiyəni "ikili standartlarda" ittiham edib. Türkiyəni rus turistlərini qəbul etməsində günahlandıran Zelenski: "Vəziyyəti belə idarə edə bilməzsiniz, bu ikili standartdır. Bu, qətiyyən doğru deyil. Həqiqət tərəfdarısınız, yoxsa yox? Bir seçim etməlisiniz. Prezident kimi deməliyəm ki, əgər biz dostluq münasibətləri qurmaq istəyiriksə, bu, baş verməyəcək”- deyə bildirib. Sözsüz ki, Zelenskinin Türkiyə haqqında dedikləri mənəvi baxımdan nankorluqdur və çox təəssüf ki, siyasətdə mənəviyyat və əxlaq ağırlığını çoxdan itirib".

 

Bunu Versus.Az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Vüqar Dadaşov bildirib.

 

Politoloq qeyd edib ki, Ukrayna prezidenti son vaxtlar daha çox səhvlər buraxır və açıqcasına çirkin oyun oynayır:

 

"Zelenskinin siyasi mədəniyyətsizliyinə hələlik göz yumulur. Bunun isə bir səbəbi var, Zelenski hələ ki, Rusiyaya qarşı tarixi əməliyyatda istifadə edilən fiqurdur və bu vəziyyətinə görə dünyanın siyasi elitası onun mədəniyyətsizliyini bağışlamaq məcburiyyətindədir. Bu birinci məqam...

Ukrayna prezidentinin yumşaq desək, tarixən Türkiyəyə dost olmayan yunan televiziyasına Türkiyəyə qarşı açıqlaması konkret siyasi məqsədə hesablanmış açıqlamadır. Əvvəla bəllidir ki, Zelenski müstəqil siyasi fiqur deyil və faktiki olaraq ABŞ tərəfindən idarə olunur. ABŞ isə Rusiya-Ukrayna (Qərb) müharibəsinin dayanmasının qətiyyən əleyhinədir".

 

V.Dadaşov vurğulayıb ki, Qərb konkret olaraq illərlə hazırladığı Ukrayna tələsi ilə Rusiyanı zərərsizləşdirmək istəyir və proseslər də Rusiyanın çöküşünə aparır:

 

"Türkiyə isə Rusiya-Ukrayna arasında müharibəni dayandırmağa cəhd edən və buna real imkanları olan yeganə dövlətdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında “Bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olacaq.”- deyə bildirib və qeyd edib ki, “Ukraynanın şərqi ilə bağlı atılacaq addımların həlli, inanıram ki, Türkiyə olacaq, İstanbul və ya Ankara olacaq” Zelenskinin yunan televiziyasına anti Türkiyə açıqlamasına və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı namazından sonra verdiyi müsahibəyə paralel baxış onu göstərir ki, Qərb Türkiyənin barışdırıcı mövqeyindən, tərəflərə təsir nüfuzundan çox narahatdır və məhz buna görə də Qərb Zelenskinin əli ilə Ərdoğanı incik salmaqla müharibənin dayandırılmasına imkan vermək istəmir".

 

Politoloqun fikrincə, Zelenskinin anti Türkiyə açıqlaması əslində Rusiya-Ukrayna (Qərb) müharibəsini Qərbin istədiyi kimi, məntiqi sonluğa çatdırmaq istəyidir:

 

"Sözsüz ki, Ukrayna da prosesin belə gedişindən razıdır ona görə ki, Ukrayna Rusiyaya qalib gələcəyinə əmindir və hədəfi Rusiya işğalında olan Donbas və Krımdır. Ukrayna isə bu şansı buraxmaq niyyətində deyil. Müharibənin genişmiqyaslı Rusiya ərazisinə keçməsi artıq qısa zaman məsələsidir. Yəni Türkiyənin barışdırıcı mövqeyi strateji baxımdan nə Ukraynanın, nə də Qərbin maraqlarına uyğun deyil və məhz buna görə də Türkiyənin barışdırcı cəhdlərinin qarşısı müxtəlif vasitələrlə alınmağa çalışılacaq. Rusiya qərargah rəisi Qerasimovun Xarkov ətrafında vurulması və yaralı vəziyyətdə oradan çıxarılmasına mane ola biləcək vəziyyətdə olan Ukrayna ordusu hansı halda müharibəni dayandırmaq istəsin ki, bütün Qərb var gücü ilə Ukraynaya dəstəkdir. Ona görə də Zelenskinin anti Türkiyə açıqlaması mənəvi baxımdan nankorluq, xəyanət, əxlaqsızlıq olsa da, hərbi-siyasi baxımdan dövləti və milli maraqlarına uyğundur, ilk növbədə Qərb üçün. Bəli, siyasət çox çirkin oyundur və ən azı onun üçdən çox sifəti var".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"