İntim videosu yayılan müəllimlə bağlı YENİ XƏBƏR

12:25 04-05-2022 | icon 266 | Təhsil
İntim videosu yayılan müəllimlə bağlı YENİ XƏBƏR

Tələbə qızlara əxlaqsız təkliflər etməkdə ittiham olunan Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov dərslərə buraxılmır.

 

Bu barədə Lənkəran Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, müəllimlə bağlı ittihamlar öz təsdiqini taparsa, ona qarşı ağır cəza tətbiq olunacaq:

 

“Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq tədbirlər görüləcək. Müəllim özü də açıqlama verdi ki, ondan müəyyən məbləğdə pul istənilib və ödəmədiyi üçün video yayımlanıb. Gözləmə mövqeyindəyik, fakt təsdiqini taparsa, ən ağır şəkildə cəzalandırılacaq. Videodakı şəxslər universitetin tələbələri olmayıblar. Bundan öncə də bir neçə nəfərin oxşar videoları yayılıb”.

 

Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbə qızlara qiymət yazmaq üçün əxlaqsız təklif etdiyinə dair videogörüntülər yayılıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma başlayıb.

 

Elşad Rəhimov universitetdə zooloq kimi - heyvanların anatomiyası və fiziologiyası, zoologiya və zoogigiyena, baytarlıq mamalıq və genetika fənnini tədris edib. /Modern.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ