Oğru İmişlidə yaxalandı

13:20 04-05-2022 | icon 101 | Hadisə
Oğru İmişlidə yaxalandı

İmişli Rayon Polis Şöbəsinə mayın 2-nə keçən gecə Çaxırlı kəndindəki mağazaların birindən 650 manat pul, orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından isə 4000 manatın oğurlanması barədə məlumat daxil olub.

 

Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nahid Süleymanov müəyyən edilərək saxlanılıb. 

 

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Bərdə rayonunun Kələntərli kəndinin ərazisindəki daha bir mağazadan 150 manat pul, 200 manat dəyərində tütün məmulatı, videomüşahidə kamerasının yaddaş qurğusu və orada quraşdırılmış “E-Manat” ödəmə terminalından 1611 manat pul,  Ağsu şəhəri ərazisindəki digər bir mağazadan 100 manat pul, 2700 manat dəyərində tütün məmulatı, notbuk, orada quraşdırılmış “E-Manat” terminalından 2418 manat pul, Muradlı kəndindəki digər mağazadan isə 80 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilib.

 

Araşdırma aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ