Məktəblilər soyuducuda Volqanı keçmək istədilər


Rusiyada məktəblilər zibillikdən tapdıqları köhnə soyuducuda Volqada üzməyə cəhd ediblər.
Məlumata görə, uşaqlar zibillikdən köhnə soyuducu tapıblar, sonra ondan qayıq kimi istifadə etmək istəyiblər. Bununla bağlı yayılan kadrlarda uşaqlardan birinin “qayıq”la üzməyə cəhd etdiyi görünür.
Yalnız yoldan keçənlərin müdaxiləsi və polislə hədələmələri sayəsində uşaqlar fikirlərindən dönüblər.
Hüquq mühafizə orqanları hadisə ilə bağlı yoxlamalara başlayıb.

Xəbər lenti

“Sözdə yox, əməldə qardaş olan iki dövlətik”
Rəcəb Tayyib Ərdoğan: “Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?!