Bakı bu ay dünya kubokuna ev sahibliyi edəcək

11:52 05-05-2022 | icon 134 | İdman
Bakı bu ay dünya kubokuna ev sahibliyi edəcək

“Bakı dünya kubokuna ev sahibliyi etməyə tam hazırdır”.

 

Bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib.

 

Baş katib qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq, 2020 və 2021-ci illərdə idmanın bu növü üzrə ölkəmizdə planlaşdırılmış beynəlxalq mötəbər yarışlar baş tutmasa da, Bakı Atıcılıq Mərkəzində ölkədaxili yarışlar, komandalarımızın hazırlıqları davam edib.

 

Federasiya rəsmisinin sözlərinə görə, mövcud əlverişli şərait idmanın bu növünə marağın artmasına da imkan yaradıb.

 

“Son olaraq, 28 aprel - 2 may tarixlərində keçirilmiş güllə atıcılığı üzrə ölkə çempionatı yeniyetmə və gənclərimiz arasında idmanın bu növünə böyük maraq olduğunu bir daha nümayiş etdirib. Ölkənin regionlarından olan və müxtəlif idman klublarını təmsil edən 60-dan artıq gənc 10 metr məsafəyə pnevmatik tapança və pnevmatik tüfəng, 25 və 50 metr məsafəyə kiçikçaplı tapançadan atıcılıq hərəkətləri ilə yarışıblar” – Emin Cəfərov bildirib.

 

Həmçinin Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcraiyyə Komitəsinin qərarı ilə 27 may – 7 iyun tarixlərində Bakıda keçiriləcək Dünya Kubokunda atletlər güllə və stend atıcılığının on beş Olimpiya növündə mübarizə aparacaqlar. Bu mötəbər yarışda Bakı Atıcılıq Mərkəzi dünyanın 70-dən çox ölkəsindən 700-dək idmançısını qarşılayacaq. Tanınmış atıcılar, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri bu dəfə ad almaq uğrunda Azərbaycanda yarışacaqlar.

 

Qeyd edək ki, 2015-ci ildə istifadəyə verilmiş Bakı Atıcılıq Mərkəzi 16 hektar sahəni əhatə etməklə, infrastrukturu və təchizatı ilə Avropanın ən yaxşı 4 mərkəzindən biri hesab olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"