İctimai Fikir Akademiyasında “Güney Azərbaycan” MÜZAKİRƏSİ

12:37 05-05-2022 | icon 170 | Cəmiyyət
İctimai Fikir Akademiyasında “Güney Azərbaycan” MÜZAKİRƏSİ

"Bu iki dövlət bütün hüquqları tapdalayır"

 

Mayın 4-də Milli Cəbhə Partiyası (MCP) yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası “Güney Azərbaycan” mövzusunda tədbir keçirib.

 
 
Bu barədə Versus.Az-a MCP Mətbuat Xidmətindən bildirilib. 
 
 
Tədbirdə Milli Cəbhə Partiyasının üzvləri, ictimai-siyasi fəallar iştirak ediblər.
 
 
Günaz TV-nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir Əhməd Obalı, Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı, Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan mövzuyla bağlı çıxış ediblər.
 
 
Milli Cəbhə Partiyasının sədr müavini, tədbirin təşkilatçısı Ehtiram Mehtiyev mövzuyla bağlı qısa məlumat verib.
 
 
Bildirib ki, Azərbaycanın şanlı qələbəsiylə bitən 44 günlük vətən müharibəsində İran məhz Ermənistanın yanında oldu:
 
 
“30 ildir erməni işğalına susan İranın yanımızda olmaması, ölkəmizə qarşı bəyanatlar verməsi təsüf doğurdu”.
 
 
Azərbaycanlı fəal Əhməd Obalı çıxışında bildirib ki, İran Azərbaycanın Ermənistan üzərində qələbəsindən narahatdır:
 
 
“İrançılıq bu gün dövlətçilikdən daha üstün ideologiyaya çevrilib, bir düşüncədir, farsçılıq düşüncəsidir. Onların türklərə nifrəti qədimdir, bu gün də davam edir. İran dövlətinin Azərbaycana qarşı, türklərə qarşı nifrətinin, Qarabağdakı uğurlarımıza narahat olmasının kökü buradan gəlir. İrançılıq ideologiyası heç vaxt Azərbaycana müsbət yanaşmayacaq. İranın Azərbaycana mənfi münasibətini biz onların lətifələrində, əsərlərində, kinolarında, medialarında görə bilərik.
 
1918-ci ildə Azərbaycan Demokratik Respublikası qurulanda da İran buna etiraz edirdi. Bütün bunların kökündə İran-Turan savaşı durur. Min il mütəmadi olaraq İranda hakimiyyətdə türklər olublar. 1925-ci il Qacar dövrünün sonunda öz səhvimizdən farslar hakimiyyətə gələn kimi ilk olaraq azərbaycanlılara, türklərə qarşı düşmən kimi yanaşmağa başlayıblar.
 
İndi Güney Azərbaycan hərəkatı getdikcə güclənir, Azərbaycan müstəqil olduqdan sonra biz fərəhlənib daha da fəallaşmışıq. Bu da təbii ki, farsçılığı narahat edir. Biz farçılıq ideologiyasının bizə qarşı olan nifrətinin kökünü bilməliyik, səbəbi kökdə axtarmalıyıq. Bu münasibət heç vaxt dəyişməyəcək. Onlar bizə dost olmayıb və olmayacaq da.
 
İranın qisqanclığının bir səbəbi də Türkiyənin orta Asiyaya, Qafqaza yolunun açılmasıdır. Çünkü, İran deyir, Ermənistan İran üçün Avropaya qapıdır. Lakin hər kəs bilir ki, Avropayaa İranın ən rahat Yolu Türkiyədən keçir. Həmçinin Azərbaycandan da rahat çıxış edə bilir İran. Lakin bunlar məhz Ermənistandan isstifadə etmək istəyirlər. Çünkü bunlar Ermənistanın zəifləməsini istəmirlər. Söhbət burda İranın Ermənistana sevgisindən getmir. Səbəb odur ki, ermənilələr türklərə nifrət edirlər. Məhz onun üçün də İran hər zaman Ermənistanı dəstkləyir.
 
İran burdan insanları aparıb mollaxanalarında beynini yuyub, Azərbaycan əleyhinə yetişdirir. Bilməliyik ki, farçılıq dərdi köklüdür. İranda hakimiyyət dəyişməsi, rejim dəyişməsi, şəxslərin dəyişməsi farçılığın Azərbaycana nifrətini dəyişməyəcək”.
 
 
Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı bildirib ki, Cənubi Azərbaycanda və Cənubi Qafqazda, o cümlədən dünyada ən ciddi dəyişiklik Türkiyənin güclənməsi, Cənubi Qafqaza daxil olmasıdır:
 
 
“Rusiya Cənubi Qafqazda zəyifləyirsə imperiya deyil. Rusiya Qara dənizdə Sevastopol limanını icarəylə əlində saxlayır, ordan hərəkət edirsə Rusiya imperiya dövləti deyil. Ona görə Rusiyanın Ukraynadakı müharibəsi burdan qaynaqlanır. Rusiya həm bizdə, həm də Ukraynada mövqelərini itirmişdi.
 
Bu bölgədə ilk dəyişikliyi Azərbaycan edib. Azərbaycan həm Rusiya üzərində, həm Ermənistan üzərində qələbə əldə etdi, Rusiya üzərində mövqey qələbəsi, Ermənistan üzərində hərbi qələbə.
 
1907-ci ildə Rusiya imperiyası ilə İngiltərə arasında Qacarlar dövlətinin bölünməsinə dair İngilis-Rus sazişi var. Burda İran 3 yerə bölünüb. Cənubi Azərbaycan Rusiyanın nəzarətinə keçib, Mərkəzi İran İran dövlətinin nəzarətinə verilib, Fars körfəzindən Əfqanıstana qədər olan ərazilər İngiltərənin nəzarətinə keçib. Bizim başımıza bütün müsibətlər, bu gün baş verənlər həmin müqavilənin davamıdır.
 
Azərbaycanın başına gələn bütün münasibətlərin kökündə Rusiya durur. Azərbaycanın güclənməsinin, genişlənməsinin tək yolu Rusiyanın bu ərazidən götürülməsidir. Biz bu gün bu prosesin getdiyini görürük”.
 
 
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev çıxışında Azərbaycanın güclü, imperiya düşüncəsində olan ölkələrin arasında sıxılı vəziyyətdə qaldığını deyib:
 
 
“Şimaldan Rusiya, cənubdan İran bizi sıxmağa çalışır. Biz belə bir vəziyyətdə hər zaman gərginlik içərsindəyik. Və Azərbaycanla bağlı məsələlərdə Rusiya ilə İranın mövqeyi hər zaman demək olar ki, üst-üstə düşür. Azərbaycan hər zaman bu iki ölkə arasında bölüşdürülüb, parçalanıb.
 
Azərbaycan bu gün dəyişən dünyada öz mövqeyini tutub siyasətini aparır. Amma, yenə də biz bütün istədiklələrimizi edə bilmirik. Məsələn bu gün Rusiya Ukraynayla müharibə aparır ki, mən öz dövlətimə qarşı təhlükəni aradan qaldırmaq istəyirəm, NATO mənim sərhədlərimə gəlməsin. İran Azərbaycana təzyiq göstərir ki, İsraillə münasibət qurma, orda səfirlik açma, əks halda olacaqsan mənim düşmənim. İran isə Ermənilərə qardaş deyir, onları bağrına basır. İran ermənilərə qardaş deyirsə, onlara qucaq açırsa, biz niyə yəhudilərə qardaş deməməliyik, İsraildə səfirlik açmamalıyıq? Rusiya da, İran da deyir ki, Azərbaycan bütün atdığı addımlarda onlarla hesablaşmalıdır, çünkü onlara qarşı təhlükə yarana bilər.
 
Biz dünya hüququndan danışırıq, amma bu iki dövlət bütün hüquqları tapdalayır. Necə ola bilir Rusiya Ukraynaya girə bilir, İran 44 günlük müharibədə Ermənistana silah ötürür, kəşviyyat məlumatları verir və nəticədə Azərbaycan hərbçiləri həlak olur, Rusiyanın təxribatı nəticəsində Azərbaycanın yüzlərlə əsgər və zabiti həlak olur, dinc şəhərlərimizə bombalar atılır, amma biz Rusiyaya və İrana iradımızı bildirə bilmərik, bildirsək belə çıxır başımıza bomba yağdıracaqlar. Çünkü biz zəifik. Bəs o zaman dünyada hüquq nə üçündür?
Mən kiminlə istəyirəmsə onunla dostluq edirəm, NATO-ya da girirəm, İranın, Rusiyanın nə işinə qalıb? Sən istədiyini et, mən yox. Bəs hanı ədalət? Biz uzun illərdir Səfəvilərlə bağlı film çəkə bilmirik, çünkü çəksək İran etiraz edəcək. Azərbaycan İsraildə səfirliyini aça bilmir İrana görə və bu da bizə böyük ziyan vurur.
Amma İranın indiki prezidentinin siyasətini bəyənirəm. Azərbaycanla İran müxtəlif sahələrndə müəyyən razılıqlara gələ biliblər. Azərbaycan o bəxtəvər ölkələrdən deyil ki, Allah onlara gözəl qonşular bəxş edib”.
 
 
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan məsələnin dini tərəfindən danışıb:
 
 
“Burda problem millətçilikdən çox məzhəb məsələsidir. Bu gün İranın irəli sürdüyü məzhəbçilik islam dünyasını, türk dünyasını parçalayır. Ölkəmizə də onların sirayət etməsi uzun ilərdir davam edir. Təsüf hissiylə deyirəm ki, Həsən Sabbahın yaratdığı şəbəkə eynən bu gün İranda işləyir və onun agentləri ilahiyyatçı və digər simalarda ölkəmizdə fəaliyyət göstərirlər. Aidiyyatı qurumlar bu məsələylə ciddi məşğul olmalıdırlar, maarifləndirmə işləri aparılmalıdır cəmiyyətdə”.
 
 
Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli də çıxışında İrandakı azərbaycanlıların sayının rəsmi mənbələrdə az göstərildiyini deyib:
 
 
“Bu gün Cənubi Azərbaycanda ana dilimizdə məktəblərimiz yoxdur. Azərbaycanlılar öz ana dillərində təhsil ala bilmirlər. Gürcüstandakı azərbaycanlılar da eyni problemlərlə qarşı-qarşıyadırlar. Bu gün Türkiyənin bölgəyə genişlənməsi Azərbaycanın güclənməsi, təhlükəsizliyi deməkdir. Turançılıq ideyasını genişləndirməliyik”.
 
 
Tədbir sul-cavab formasında davam edib.
 
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"