Şagirdlərin geyim formalarının yeni təsvirləri təsdiqlənib

16:09 05-05-2022 | icon 167 | Təhsil
Şagirdlərin geyim formalarının yeni təsvirləri təsdiqlənib

Naxçıvanın dövlət ümumtəhsil müəssisələrində təhsilalanların geyim formalarının yeni təsvirləri təsdiq edilib.

 

Versus.Az xəbər verir ki, bu təsvirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkədəki dövlət məktəblərində şagirdlər üçün təsdiq etdiyi geyim formalarının təsvirləri ilə fərqlidir.

 

Belə ki, təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılacaq.

 

Liseylərin geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks olunacaq.

 

Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:

 

- qızlar üçün yay forması - önü düyməli uzunqol köynək, ətək və qalstuk;

- oğlanlar üçün yay forması - önü düyməli uzunqol köynək, şalvar və qalstuk;

- qızlar üçün qış forması - önü düyməli uzunqol köynək, ətək, önü bağlanılan jilet, önü bağlanılan cibli pencək və qalstuk;

- oğlanlar üçün qış forması - önü düyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jilet, önü bağlanılan cibli pencək və qalstuk.

 

Geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə ən geci martın1-dək müəyyən olunur və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.

 

Xatırladaq ki, bu ilin mart ayında Nazirlər Kabineti Azərbaycanda “Dövlət ümumtəhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"