Suqovuşanda ilk beynəlxalq yarışın AÇILIŞ MƏRASİMİ

12:07 06-05-2022 | icon 172 | Qarabağ
Suqovuşanda ilk beynəlxalq yarışın AÇILIŞ MƏRASİMİ

Tərtərin Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2022” reqatası start götürüb.

 

Versus.Az xəbər verir ki, Suqovuşana ezam olunan əməkdaşının verdiyi xəbərə görə, işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr edilib.

 

Qarabağ üzrə xüsusi nümayəndə Emin Hüseynov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Bülənt Ərən, Gürcüstan Avarçəkmə Federasiyasının prezidenti Zaza Nadiradze yarışdan öncə çıxış edib. Gənclər və idman naziri Fərid Qayıbov isə iştirakçı ölkələrin təmsilçilərini salamladıqdan sonra yarışı açıq elan edib.

 

Bundan sonra bədii hissəyə keçid alınıb.

 

Suqovuşan su anbarında təşkil olunan mübarizəyə Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb.

 

Onlar 1 nəfərlik kanoe, 1 nəfərlik və 2 nəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər.

 

Saat 11:00-da start götürən reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ