Suqovuşanda möhtəşəm SU ŞOUSU


Tərtərin Suqovuşan qəsəbəsində beynəlxalq kanoe və avarçəkmə yarışı olan “Prezident Kuboku - 2022”dən öncə su şousu baş tutub.
Versus.Az xəbər verir ki, Suqovuşan su anbarı üzərində iştirakçı ölkələr - Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Moldovanın bayraqları motorlu qayıqlar vasitəsilə nümayiş etdirilib.
Həmçinin su şousu zamanı “Welcome to Azerbaijan!” (“Azərbaycana xoş gəlmisiniz!”) və Heydər Əliyevin 99 illiyini əks etdirən pankart qaldırılıb.
Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın təşkilatçılığı ilə keçirilən ilk beynəlxalq yarışdır.

Xəbər lenti

“Sözdə yox, əməldə qardaş olan iki dövlətik”
Rəcəb Tayyib Ərdoğan: “Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?!