“Eurohome”un fəaliyyəti MƏHDUDLAŞDIRILDI

12:36 06-05-2022 | icon 175 | Sosial
“Eurohome”un fəaliyyəti MƏHDUDLAŞDIRILDI

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2 ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satışı mərkəzində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu müəyyən edilib.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, nöqsanlar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aşkarlanıb.

 

Belə ki:

 

- mərkəzin ərazisində hazırda Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən istismara qəbul olunmadan 30 obyekt fəaliyyət göstərir;

- yanğın su hovuzu inşa edilməyib və hidrantlar quraşdırılmayıb, mövcud müvəqqəti quraşdırılmış yerüstü su çənindən yanğın avtomobillərinin su götürməsi qeyri-mümkündür;

- mərkəzin ərazisində fəaliyyət göstərən obyektlərdə elektrik naqilləri yanar materialların üzərindən çəkilib, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb;

- mərkəz ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb;

- mərkəzin tikintisi üçün layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyektlərdə olan insanları yanğın hadisəsi haqqında xəbərdar etmək üçün xəbərverici qurğular quraşdırılmayıb.

 

Beləliklə, mövcud vəziyyətdə obyektin istismarının davam etdirilməsi orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz etməsinə səbəb olacaq.

 

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2 ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satışı mərkəzində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə qərar qəbul olunub.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"