İstilik təchizatında YENİLİKLƏR

14:23 06-05-2022 | icon 187 | İqtisadiyyat
İstilik təchizatında YENİLİKLƏR

“İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2022 il tarixli Sərəncamı, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin gücləndirilməsi, səmərəliliyin artırılması və istehlakçıların istilik təchizatına olan tələbatının etibarlı şəkildə ödənilməsinin təmin edilməsi məqsədi ilə yeni islahatların aparılması istiqamətində mühüm rol oynayacaq”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib. 

 

Onun sözlərinə görə, beynəlxalq şirkətlər araşdırma aparıb, təklif verəcək:

 

“İlk növbədə Energetika Nazirliyi tərəfindən tanınmış beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflərin hazırlanması, Nazirlər Kabineti tərəfindən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin təmin olunması nəzərdə tutulur”. 

 

R.Əliyev qeyd edib ki, eyni zamanda bu sahəni tənzimləyən texniki normativ hüquqi aktların hazırlanması, qanunvericilik bazasının təkmilləşdirilməsi, “İstilik təchizatı haqqında” Qanun layihəsini hazırlanması nəzərdə tutulur ki, bu da istilik enerjisindən istifadə sahəsində təchizatçı müəssisə ilə həm istehlakçı, həm də digər qurumlar arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən sənəd olacaq:

 

"Hazırda istilik təchizatına dair bütün məsələlər, o cümlədən istehlakçı və təchizatçının hüquq, vəzifə və səlahiyyətləri, sayğacların quraşdırılması, enerji təchizatçısı ilə istehlakçı arasında dəqiq sərhədlərin müəyyənləşdirilməsi kimi məsələləri tənzimləyən və ümumilikdə sistemin səmərəli fəaliyyətinə təsir edə biləcək digər normativ sənədlərin hazırlanmasına böyük ehtiyac vardır ki, qeyd olunan sərəncam bu sahədə boşluqların doldurulması və icrasının təmin edilməsində əhəmiyyətli rol oynayacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"