"Ulu öndər hər zaman atdığı addımlara haqlı idi"

13:57 10-05-2022 | icon 214 | Tarix
"Ulu öndər hər zaman atdığı addımlara haqlı idi"

Sübhan Talıblı: “Onunla "siyasi oyunlar" oynamaq, siyasi səhnədə ona qalib gəlmək qeyri-mümkündür”

 

Mayın 10-u Azərbaycan dövləti, xalqı ilə birgə nəfəs alıb- yaşayan ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. “Xalq dövlət üçün deyil, dövlət xalq üçündür” -deyən ulu öndər Azərbaycan dövlətinin varlığı, inkişafı naminə apardığı mübarizədə, bütün ömrünü məhz ölkəmizin rifahı, dünya xalqları sırasında vüqarla dayana bilməsinə sərf edib və rəhbərin dövlət-xalq qarşısında hansı məsuliyyət daşıdığını daima bəyan edib. Lakin bu ömür yolu heç də hamar olmadı...

 

Versus.az xəbər verir ki, bu barədə müsahibə verən AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı ulu öndərin həyatından bir neçə nüansa diqqət çəkib.

 

Sübhan müəllim, Tarixi faktlara görə  ulu öndər o vaxtkı SSRİ prezidenti Mixail Qorbaçov və erməni mafiyasının planı əsasında 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Heydər Əliyevin mərkəzi hakimiyyətdən uzaqlaşdırılması ermənilərin hansı planının həyata keçirilməsinə yol açdı. Heç şübhəsiz ki, Azərbaycana qarşı aparılan kampaniya, 20 Yanvar, Sumqayıt hadisələri, Xocalı soyqırımının törədilməsi dünya erməniliyinin son 200 ildə tərtib etdiyi  “Böyük Ermənistan” ideyasının addım-addım reallaşdırılması idi. Ulu öndər bu məkirli siyasətə qarşı etiraz etməklə ölkəyə və tariximizə nəyi bəxş etdi?

 

- Əvvəla qeyd edim ki, ümumilli lider Heydər Əliyevin fəaliyyətinə nəzər salsaq görərik ki, 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olub, elə həmin ildə də ona general-mayor rütbəsi verilib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifələrində çalışıb. 1982-ci ilin dekabrından isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

 

Bundan başqa Ulu öndər Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, xüsusilə də SSRİ-nin apardığı ayrı seçkilik siyasətinə, Azərbaycana  qarşı çıxaraq 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verdi. Ümumiyyətlə, o dövrlə bağlı sənədlərə və tarixi faktlara nəzər yetirdikdə görürük ki, Heydər Əliyevin Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə və ermənilərə dəstək verən qüvvələrə imkan vermirdi ki, Dağlıq Qarabağ və Azərbaycana qarşı məsələ qaldırsınlar. Buna görə də ermənilər və onlara dəstək olan qüvvələr Heydər Əliyev Siyasi Bürodan, Sovet İttifaqının Nazirlər Sovetindən yüksək vəzifələrdən gedəndən sonra həm Azərbaycana, həm də Heydər Əliyevə qarşı kampaniyaya başladılar. Əlbəttə, xüsusilə yuxarıda qeyd etdiyimiz kimi, böyük siyasi təcrübəyə sahib və müxtəlif rəhbər vəzifələrdə öz peşəkarlıq təcrübəsi sayəsində çalışmış bir şəxsin hakimiyyətdən getməsində, o zamankı SSRİ rəhbərliyi, həm də həmin dövrdəki Azərbaycan rəhbərliyi heç də maraqlı deyildilər. Onlar bilirdilər ki, Heydər Əliyevlə "siyasi oyunlar" oynamaq, siyasi səhnədə ona qalib gəlmək qeyri-mümkündür.

 

Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmiş, SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

 

Bu baxımdan da ümumilli liderin istər sovet dövründə, istərsədə də müstəqillik illərində Azərbaycan xalqına böyük xidmətləri olmuşdur ki, bu gün bizlər bunun əyani şahidiyik.

 

- Siyasi təhlilçilər, tarixçilər 1990-cı ilin əvvəllərində Azərbaycanda o vaxtkı hakimiyyətin yarıtmazlığı nəticəsində separatçılığın, özbaşınalığın, anarxiya və xaosun baş alıb getməsi, torpaqlarımızın işğalı, Azərbaycanın daxili qarşıdurmalar arenasına çevrilməsini faktlarla dəfələrlə qeyd edibər. O zamanlar ulu öndərin qayıdışı bizi nədən xilas etdi?

 

- 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsinin yarandığını bir vaxtda, xalq tərəfindən Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbinin irəli sürüldü. Zənnimcə, Heydər Əliyevin müəyyən dövr ərzində hakimiyyətdə olmaması özünü açıq-aydın biruzə verirdi. Bu baxımndan da həmin dövrdəki prosesləri təhlil edərkən, eləcə də o dövrüki yerli və xarici KİV-ə, yazılar kitablara, məqalələrə, sənədlərə, Heydər Əliyev haqqında dünyasi ictimai-siyasi və mədəni xadimlərinin fikirlərinə və s. baxdıqda məlum olur ki, müasir Azərbaycanın memarı və qurucusu olmağının bir daha şahidi oluruq. Bütün bunlar bizə onu deməyə əsas verir ki, zəngin siyasi təcrübəyə, yüksək dövlət adamı statusuna malik olan Ulu öndərin Azərbaycanın regional və beynəxalq güclərin əlindın qurtararaq, müstəqil və suveren Azərbaycan Resrpublikası quraraq bizlərə əmanət etdi. Bu gün bu siyasət Heydər Əliyevin icitmai-siyasi və dövlətçilik təcrübəsindən yararlanan, onu uğurla və yüksək peşəkarlıqla Azərbaycan Prezidenti və ali baş komandan İlham Heydər oğlu Əliyev tərəfindən davam etdirilir. Bu gün fəxr hissi ilə Azərbaycan Prezidenti və Ali baş komandanı İlham Əliyev yüksək peşakarlıqla apardığı siyasət nəticəsində Azərbaycan ərazi bütövlyünü təmin etdi.

 

- Dünya erməniliyi nədə yanıldı?

 

- Tarixdə bu günə kimi beynəlxalq və regional güclərin dəstəyilə ilə olduqları hər yerdə qarət, terror, soyqırım, cinayıtkarlıqla məşğul olan ermənilər hesab etdirdilər ki, Azərbaycan xalqının haqqını əlindən almaq olar. Amma anlamadılar ki, Azərbaycan xalqının dərin zəkaya, geniş siyasi təcrübəyə malik olan Heydər Əliyevlə siyasi oyun və s. hiylələrlə qalib gəlmək olmaz. Nə qədər çirkin addımlar atsalar da buna nail ola bilmədilər. Çünki Ulu öndər hər zaman atdığı addımlara haqlı idi, həm də proseslərə dərin bələd olan dünya səviyyəli siyasi xadim idi. Eyni zamanda da Heydər Əliyev xalqından dəstək alırdı, xalq da onu dəstəkləyirdi. İstər Azərbaycanda, istərsə xaricdə olarkən, istərsə də çalışdığı bütün məqamlarda həmişə Azərbaycan maraqlarına uyğun xidmət edib. Bütün bunları uzaqgörənliklə və prakitiki addımlarla atmışdır. Təbii ki, istər dünya erməniliyi, istər Ermənistanda təcavüzkar rəhbərlik, istərsə də erməniləri dəstəkləyən beynəxalq və regional qüvvələr Heydər Əliyev fenomeni qarşısında həmişə aciz olublar. Buna sübut olaraq bu gün də Ulu öndərin layiqli davamçısı prezindent İlham Əliyevin beynəlxalq səviyyədə apardığı uğurlu siyasətini müşahidə edirik.

 

Tarixin həlledici məqamlarında ölkəmizdə Heydər Əliyev kimi siyasi liderin olması, xalqın ona dərin inamı, etimadının olması və onun arxasınca getməsi Azərbaycanımızı hansı bəlalardan qorudu?

 

- Azərbaycanın o dövrdəki rəhbərliyinin Heydər Əliyevi Bakıya dəvət etməsi, xalqın da bunu tələb etməsi, əlbəttə ki, dünyada siyasi çəkisi olan, böyük dövlətçilik və strateji təcrübəsi olan Heydər Əliyevin o zaman üçün böyük tarixi və zamanın tələbinə uyğun mühüm tarixi hadisə idi. Ümumilli lider Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Resspiublikasını Prezidenti seçildi. Ölkəmizin tarixinə nəzər yetirdikdə, hər birimiz şahid oluruq ki, güclü idarəetmə olduqda xalqın maraqları təmin olunur.

Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasət kursunun başlıca vəzifələrinin ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək, mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək, bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini bərkitmək, xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq iqtisadi sistemdə təmsil etmək, xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və s. məsələləri əsas götürərək mühüm addımlar atmışdır. Heydər Əliyev müasir Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir ki, Azərbaycanın tarixinin 40 ili Ulu öndərin Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər xalqımızın tarixinə Azərbaycanla bağlı gördüyü işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşmüşdür. /Hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"