Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün görmüş olduğu işlər

14:14 10-05-2022 | icon 312 | Siyasət
Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün görmüş olduğu işlər

Rauf Qurbanov: "Onun qayıdışı ermənilərin “Böyük Ermənistan” xülyasını darmadağın etdi"

 

Ermənistanın öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarına növbəti yeni əsassız iddiaları tarixin bütün mərhələlərində əsl mahiyyətini müxtəlif formalarda sübut etməklə yanaşı, bu prosesdə əsas cinayətkarların, eləcə də sifarişçilərin hansı qüvvələr olduğunu tarixin arxivindən çıxarılaraq bu gündə ortaya qoymaqdadır. Azərbaycanın öz müstəqillliyi uğrunda apardığı mübarizənin “yol xəritəsi”nə baxanda o yolda böyük güclərin hansı maniələr qurduğu və hansı rəhbərlərin səhvi qaranlığa və yaxud ağlı, gücü ilə aydınlığa çıxarıldığı zamanla təhlil olunur. Birmənalı olaraq belə nəticəyə gəlinir ki, Azərbaycanın əzəli tarixi torpaqları üzərində Ermənistan adlı dövləti quran  güclərin, zaman keçdikcə yeni torpaq iddiaları ilə Azərbaycan ərazisində yeni konflikt ocağı yaratması məkirli siyasətin tərkib hissəsidir və son 30 ildən sonra yeni bir mərhələyə qədəm qoydu. Nəticədə 44 günlük müharibədə qazanılan qələbəmiz və torpaqların işğaldan azad edilməsindən geriyə baxanda bu, məhz 90-cı illərdən başlayaraq böyük dövlət adamı olan ümummillli lider Heydər Əliyevin bir rəhbər olaraq ölkəmizə qayığışı və yeni yazılan tariximizə imza atması ilə əlaqələndirilir.

 

Son 30 illlik tariximizi araşdıran, təhlil edən siyasətçilər bugünki reallığın ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmasını faktlarla bir daha ortaya qoyurlar.

 

 

 

Versus.az xəbər verir ki, Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan konfliktinin əsası hələ 20-ci əsrin əvvəllərindən başlasa da, 70 illik SSRİ dönəmində bu, mehriban dostluq və qonşuluq müstəvisinə keçib. Onun sözlərinə görə, iki xalq uzun illər dinc, sülh və əmin-amanlıq şəraitində yaşasa da, Mixail Qorbaçovun 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının (Sov.İKP) rəhbərliyinə gəlişindən sonra, “yenidənqurma” proqramı adı altında SSRİ respublikaları arasında seperatizim meyilləri güclənməyə başlayıb. 

 

R.Qurbanov bildirib ki, 20-ci əsrin 80-ci illərinin sonlarında ermənilərin Azərbaycana qarşı başladıqları separatçı əməllər mərkəzi hakimiyyət tərəfindən ciddiyə alınmadığından, daha doğrusu bilərəkdən böyük bir problemə çevrildi:

 

“Bu separatizmin başında ermənilərlə yanaşı, onların vasitəsilə öz maraqlarını güdən, SSRİ kimi fövqəl bir dövləti dağıtmağa çalışan başda ABŞ başda, Qərbin digər imperialist dövlətləri də dayanırdı”.

 

Sepratizmin dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi olan bir fəaliyyət olduğunu qeyd edən AKP sədri hesab edir ki, separatizmi formalaşdıranlaranlar dövlətçiliyi parçalamağa çalışan bir qrup insan birliyidir:

 

“Onların əsas məqsədi öz şəxsi maraqlarını “millətə sevgi” pərdəsi altında təmin etmək və  hakimiyyətə gəlməkdir.  Çox təssüflər olsun ki, o dövrdə Azərbaycanda da belə meyllər güclü idi. Azərbaycanın o vaxtkı rəhbərliyi yaranmış vəziyyəti düzgün təhlil edə bilmir, nə baş verdiyini, bu hadisələrini gedişinin respublikamız üçün nə ilə nəticələnəcəyini anlamırdı. Onlar Moskvanın əmrlərinə müntəzir dayanmaqla, demək olar ki, Qorbaçovun məkirli planının reallaşmasına yardım edirdilər”.

 

Tarixi faktlar üzərində təhlillər aparan R.Qurbanov bildirib ki, imperialist qüvvələr bu proseslərə başlamazdan öncə SSRİ kimi fövqəl bir dövləti    dağıtmaq planına start verdi. Bu planın önündə dayanan Qorbaçov  öncə bu işdə ona mane ola biləcək şəxsləri “Sov.İKP” Siyasi Büronun üzvülüyündən uzaqlaşdırdı. O cümlədən də Heydər Əliyevi...

 

“Məhz Heydər Əliyev Mərkəzi siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan  sonra  Azərbaycana qarşı təziqlər daha da artmağa başladı və yeni məkirli planlar işlənib hazırlandı.  Beləliklə, Bakıda 1990-cı ildə qanlı 20 yanvar hadisəsi, Sumqayıtda ermənilərin özləri tərəfindən dinc erməni əhalisinə qarşı törədilmiş qətlamlar, 1992-ci il Xocalı soyqırım törədildi. Və Azərbaycan torpaqlarının işğalı prosesi davam etdi. Bununla da, Azərbaycanda Sov.İKP-yə, SSRİ –yə, Sovet Ordusuna qarşı dərin nifrət hissi formalaşdı. Sov.İKP biletləri yandırıldı, kütləvi partiya sıralarından çıxma kompaniyasına start verildi. Bu şəraitdən məharətlə istifadə edən dünya erməniləri 200 il bundan öncə tərtib etdikləri “Böyük Ermənistan” sərsəm ideyalarını addım-addım reallaşdırmağa başladılar.  Heydər Əliyevin mərkəzi hakimiyyətdən uzaqlaşdırılması bu planın həyata keçirilməsinə onlar üçün geniş yol açdı”.

 

R.Qurbanov bildirib ki, 1990-cı ilin əvvəllərində Azərbaycanda o vaxtkı hakimiyyətin yarıtmazlığı nəticəsində separatçılığın, özbaşınalığın, anarxiya və xaosun baş alıb getməsi, torpaqlarımızın işğalı, Azərbaycanın daxili qarşıdurmalar arenasına çevirmişdi.  Onun szölərinə görə, Kommunist Partiyasının siyasi arenadan uzaqlaşdırılması, səriştəsiz meydan hərəkatçılarının hakimiyyət başına gəlməsindən məharətlə istifadə edən imperialist, separatçı qüvvələr 20 faiz ərazimizin erməni silahlı qüvvələri tərəfindən işğal olunmasına  və ölkə daxilində bir milyon qaçqın ordusunun yaranmasına səbəb oldu.

 

AKP sədri müasir tariximizin gerçəkliyinə istinad edərək qeyd edib ki, məhz respublikanın belə bir çıxılmaz durumla qarşılaşdığı bir vaxtda Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın rəhbərliyinə qayıtması ermənilərin “Böyük Ermənistan” xülyasını darmadağın etdi:

 

“Heydər Əliyevin dəmir iradəsi, uzaqgörənliyi, uzun illər ərzində topladığı təcrübə, dünyada olan nüfuzu Azərbaycan xalqını və dövlətini dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Hələ uzun illər keçəcək Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün görmüş olduğu işlər özünün daha layiqli  və dürüst qiymətini alacaqdır. Heydər Əliyevin təməlini qoymuş olduğu siyasətin bu gündə uğurla davam etdirilməsi, məhz 2020-ci ildə 44 günlük müharibədə əldə etdiyimiz qələbənin bariz nümunəsidir”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"