Erməni arağı və oğurlanan ALƏTLƏRİMİZ

12:37 11-05-2022 | icon 292 | Gündəm
Erməni arağı və oğurlanan ALƏTLƏRİMİZ

Kremlin cəzası gecikir, UNESCO isə ölü sükutunu pozmur...

 

Dünya tarixində xəyanət, riyakarlıq və saxtakarlıq hansısa nailiyyət və ya mədəni irs hesab olunsa, yəqin ki, bu cəhətlərə iddia etməyə ən çox ermənilərin haqqı çatardı.

 

Ancaq xoşbəxtlikdən bəşəriyyət həmin cəhətləri üstünlük hesab edə bilməyəcək qədər müasir təfəkkür və mədəniyyət səviyyəsinə çata bilib.

 

Belə olan halda isə tarixdə özlərindən başqa iz qoymaqdan aciz olan ermənilər hər dəfə başqa xalqların mədəniyyət nümunələrinə göz dikirlər. Musiqidən tutmuş ta milli mətbəxlərin ən ləziz təamlarına kimi fərq qoymadan, böyük acgözlüklə oğurlamağa çalışan ermənilər üçün bu artıq adi bir hala çevrilib.

 

Bu dəfə Moskvadakı məşhur VDNX sərgi salonunda ermənilər öz oğurluq “məharətləri”ni ortaya qoyublar.

 

Belə ki, sözügedən salonda saz, tar, ud və kanon kimi musiqi alətləri guya ermənilərin qədim milli musiqi alətləri kimi təqdim olunur.

 

Bundan əlavə, “ustad riyakarlar” Azərbaycana qarşı birbaşa separatçılıq anlamına gələn “Artsax” ifadəsinin üzərində həkk olunduğu spirtli içkilərini də bəh-bəhlə təqdim edirlər.

 

Ermənilərlə bağlı onların “xüsusiyyətləri”ni vurğulamaq məsələni az çox qiymətləndirməyə imkan verir. Necə deyərlər onların “qabında olan budur”.

 

Ancaq burada sual doğuran başqa məqamlar da mövcuddur.

 

Qeyd edək ki, “Aşıq sənəti” və “Azərbaycan tar ifaçılıq sənəti” UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na əlavə edilib. Yəni, bütün bəşəriyyət bu sənət sahəsinin və onların başlıca elementi hesab edilən saz və tarın Azərbaycanın olduğunu qəbul edir. Bunlar Azərbaycanın qədim və milli musiqi alətləridir.

 

Elə isə sual yaranır, bütün bəşəriyyətin qəbul etdiyi bir faktı ermənilər necə olur ki, bu cür rahatlıqla təhrif edir. Bütün ölkələrdə nümayəndəlikləri olan UNESCO-nun işi sadəcə siyahıları hazırlamaqdanmı ibarətdir? Əgər Azərbaycanın milli musiqi alətləri olan tar və saz rahatlıqla kimsə öz adına çıxa bilirsə o zaman bu cür beynəlxalq təşkilata nə gərək var?

 

İlk növbədə UNESCO tərəfindən məsələyə qiymət verilməli, erməni təxribatının qarşısını almaq üçün addımlar atılmalıdır. Bu qurum həqiqətən hansı məqsədlərə xidmət etdiyini ortaya qoymalı və cəzalandırma mexanizmləri tətbiq etməlidir.

 

Əgər dövlətlərin milli-mədəni irsləri qorunmayacaqsa, nəyə görə müvafiq siyahılar tərtib edilir? Əgər hər hansı bir cəza mexanizmi olmayacaqsa, təxribatlar kəskin cəzalandırılmayacaqsa, o zaman UNESCO-nun 2003-cü ildə Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş “Qeyri-maddi mədəni irs konsepsiyası” və 2006-cı ildə qüvvəyə minən “Qeyri-maddi mədəni irsin qorunması haqqında” konvensiya hansı məqsədlə qəbul edilib?

 

UNESCO bu vəziyyətə susmaqla sadəcə beynəlxalq təşkilat kimi öz imicinə xələl gətirir.

 

Keçək məsələnin digər tərəfinə, separatçıların xülyası olan “Artsax”a və həmin spirtli içkilərin nümayiş olunduğu yerə nəzər salaq: Rusiya Federasiyasının paytaxtı – Moskva şəhəri.

 

Həmin o şəhər ki, 22 fevral 2022-ci il tarixində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

 

Həmin bəyanatın birinci bəndində ölkələrin bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət prinsipi ifadə olunub. Məsələnin hüquqi müstəvisi ilə bağlı ən yaxın tarixə aid olduğu üçün sadəcə bəyanatın bu maddəsi belə ortada anlaşılmaz bir durum olduğunu göstərir.

 

Rusiya Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır, ermənilər isə bu dövlətin paytaxtında oturub ölkəmizə qarşı rahatlıqla separatçılıq edə bilirlər. Yenə də qayıdaq rəsmi Moskvanın, rusiyalı rəsmilərin cavablamalı olduğu suallarımıza…

 

Axı necə olur ki, Rusiya paytaxtında, məşhur VDNX sərgi salonunda Azərbaycana qarşı təxribata açıq şəkildə yol verilir? Bu təxribatı aradan qaldırmalı olan orqanlar səhlənkarlıq edir, yoxsa bilərəkdən erməni təxribatına alət olmaqdan çəkinmir? Yoxsa Rusiyada sadəcə həmin “brend”in Azərbaycana qarşı ərazi iddialarını ifadə etdiyi, beynəlxalq hüquq baxımından separatçılıq hesab olunduğunu yəqin edə bilmirlər?

 

Hər halda Moskvada olan erməni təxribatının qarşısını almaq da birbaşa olaraq Rusiya dövlətinin məsuliyyətidir. Bu cür təxribata göz yumulması isə sadəcə ikitərəfli münasibətlərə kölgə salmağa yönəlmiş bir addım hesab olunmalıdır. Bu zaman isə hansı qüvvələrin erməni təxribatına alət olması, Rusiya dövlətinin rəsmi mövqeyinə zidd davranmağa cürət etməsi artıq Kremlin aydınlaşdırmalı olduğu məsələ olacaqdır.

 

Təbii ki, bu məsələnin də Rusiyanın nüfuzuna böyük zərbə olmasını qeyd etməmək olmaz. Çünki bu cür dövlətin paytaxtında ermənilərin “at oynatması” qəbuledilməzdir. Rusiya kimi ölkənin ermənilərə “söz keçirə bilməməsi” onu gülünc vəziyyətdə qoyur. Görünür, ermənilər hətta bütün sahələrdə asılı olduqları Rusiyanın belə rəsmi mövqeyinə, münasibətlərinə və liderinə hörmətsizlik etməyə cürət edə bilir, bu qədər azğınlaşmaqdan çəkinmirlər. Moskvada öz araqları ilə təxribat törədir, bu təxribatla da Rusiya dövlətini aşkar şəkildə təhqir edirlər.

 

Ən maraqlısı da budur ki, Rusiyada kimlərsə hətta öz dövlətlərinin belə maraqlarını ayaq altına alan ermənilərə göz yumulur. Kreml isə bu xəyanətin cəzasını verməyə gecikir. Gecikilən hər saniyə isə Rusiyanın beynəlxalq nüfuzunun da əleyhinə işləyir…

 

Təbii ki, erməni təxribatlarına Azərbaycan tərəfi heç zaman səssiz qalmayıb. Rusiyadakı sözügedən təxribata Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin reaksiya verməsi mütləqdir. Bundan əlavə bu ölkədəki diaspor təşkilatlarımız da müvafiq təxribatların qarşısını almaq üçün səylərini əsirgəməməlidir. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ