"Əsas günah payı məmur və inhisarçılara düşür"

12:46 11-05-2022 | icon 219 | Siyasət
"Əsas günah payı məmur və inhisarçılara düşür"

Fuad Əliyev: "Qiymət artımına qarşı mübarizə görünmür"

 

Ölkədə günbəgün ərzaq məhsullarının qiyməti artır. Bu gizli və aşkar gedən bahalaşma ilə bağlı heç bir kompleks addımlar atılmır. Əksinə, hər gün marketlərdə fərqli qiymətlə qarşılaşırıq. Hazırda bahalaşma o həddədir ki, insanlar gündəlik ehtiyaclarını qarşılaya bilmirlər. Ekspertlər qiymət artımını iki cür izah edirlər: pandemiyadan sonrakı bahalaşma və Ukraynada gedən müharibənin təsirləri. Bura həm də monopoliya daxildir və hökumət heç bir real addım atmır.

 

Versus.Az xəbər verir ki, ununla bağlı hökumətin görməli işləri haqda danışan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, məmurlar və inhisarçılar bu bahalaşmada əsas günah payı daşıyırlar.

 

Partiya sədri hesab edir ki, hakimiyyət konkret addımlar atmalıdır. Onun fikrincə, qiymət artımına qarşı aparılan mübarizə görünmür və əhalinin sosial vəziyyəti getdikcə çətinləşir.

 

ALDP liderinin sözlərinə görə, dövlət qurumları hərəkətə keçməli, bazarda qiymətlər tənzimlənməli, inflyasiyanın qarşısı alınmalı, daxili istehsalat güclənməli, maaş və pensiya artımı ilə yanaşı bazarda bahalaşmaya nəzarət edilməli, ən əsası monopoliya ilə ciddi mübarizə aparılmalıdır:

 

“Əks halda maaş artdıqca qiymətlər də qalxır. Hökumət bunu qabaqlamaq üçün nə iş görür? Faktiki nə proqram var, nə qiymətlərin qalxmasını dayandıracaq addımlar atılır. Dövlət əhalinin vəziyyətini nəzərə almalıdır və sosial gərginlik heç bir halda hökumətə fayda verə bilməz”.

 

Fuad Əliyevin sözlərinə görə qiyməti qalxmayan elə bir məhsul qalmayıb:

 

“Bütün sahələr üzrə fantastik bahalaşma gedir və buna” dur” deyən yoxdur. Hökumətin iqtisadi blokunda olan komanda prezidentə önəmli təkliflər verməlidir, yollar göstərməlidir, bütün yük birinci şəxsin üzərinə qoyula bilməz. Təəssüf ki, biz məmurlardan bu təşəbbüskarlığı görmürük”. /TİA.Az/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"