Şuşaya həyat qayıtdı

13:12 13-05-2022 | icon 141 | Cəmiyyət
Şuşaya həyat qayıtdı

 “Prezidentin Şuşaya hər səfəri şəhərə yeniliklər gətirir”

 

Prezident İlham Əliyevin Vitse-prezident Mehriban Xanım Əliyeva ilə birlikdə Şuşa səfəri və orada etdiyi çıxış, istər ölkə ictimaiyyəti, eləcə də dünyaya növbəti bir mesaj oldu. Şuşada aparılan quruculuq, bərpa işləri dünyanın diqqətini çəkməklə yanaşı sadə bir məntiqi bir daha anlatmış olur. Vətənini sevən, tarixinə sahiblənən millət onu düşməndən də qoruyacaq, bərpa edib gözəlləşdirəcək də...

 

Versus.az xəbər verir ki, Prezidentin Şuşa səfəri və orada etdiyi çıxış, eləcə də aparılan quruculuq işləri ilə bağlı qoyulan yeni təməllər, bərpa işləri ilə bağlı danışan  Şuşa ziyalıları Zahid Abbasov, Şükür Nəsibov və  eləcə də ölkəmizdə işğaldan azad olunmuş ərazilərimizdə, eləcə də Şuşada aparılan abadlığı özünün fotolarında canlandıran fotoqraf Reza Deqatinin fotoəsərlərində bir daha dünyaya təqdim ediləcək.

 

“Prezidentin Şuşa səfərindəki çıxışı və Şuşanın azad olunandan sonra keçdiyi bərpa yolu dünyaya yeni mesajlar verdi”

 

Şuşa ziyalıları prezidentin Şuşa səfərini yüksək qiymətləndirib.

 

Vaxtilə Şuşa Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri işləmiş Zahid Abbasov Şuşanı “dünyanın ən böyük şəhəri” də adlandırıb.

 

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin vandalizminin nəticələrinin ağır dövrünü yaşayan Şuşa bu gün Prezidentin nəzarətinə bərpa prosesini keçir:

 

“Prezident Şuşa səfərindəki çıxışı və Şuşanın azad olunandan sonra keçdiyi bərpa yolu ilə birlikdə dünyaya yeni mesajlar verdi. Şuşada 8 noyabr zəfərinin əhəmiyyəti, qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsindən bəhs edən ölkə başçısı Şuşa qələbəsindən sonra Azərbaycanın “Şuşa İli”ndə görülən tədbirlərinə diqqət çəkib. Zəfərdən sonra geridə qalan bu aylar Şuşanın bərpası, irəliləməsi yolunda atılan addımlar davam edir”.

 

Z.Abbasov bildirib ki, bu dəqiqələr Şuşa şəhərindədir və ermənilərin dağıdıb viran qoyduğu abidələrini ürək yanğısı ilə izləyir:

 

“Buna baxmayaraq şükr edirik ki, bu gün torpağımızdayıq. Şuşada tikinti işləri gedir. Məhəllələr təzələnir. Həm yenilik var, həm də köhnə tarixi abidələr bərpa olunur. Şuşada quruculuq işləri uğurla aparılır. Bir şuşalı, bir ağsaqqal kimi görülən işləri bəyənirəm. Şuşaya yenidən ruh gəlir. Müəyyən layihələr çərçivəsində buna da az-çox nail olunub.

Ermənilər bizim bütün tarixi abidələrimizi dağıdıblar, çox abidələr zədələnib, bir çoxları isə ümumiyyətlə yox edilib. Bütün abidələrimizin hamısında, demək olar ki, erməni caynağının izləri var. Ona görə də elə abidələr var, restovrasiya olunacaq, elələri də var yenidən tikilməlidir. Bunun üçün hökumətimiz müəyyən işlər görür.

 

Sizinlə danışan zaman Şuşada dünya memarlıq incisi olan Hacı Quluların binasının yanındayam. Bina darmadağın ediblər. Təsəvvür edin, elə bir tarixi, memarlıq arxitekturası olan binalar çox azdır. O bina İtaliyada yerləşən Kolizey binası kimi möhtəşəmdir. Ermənilər onu elə yaralayıblar ki, təmir etmək də mümkün deyil, nə də onun kimi yenisini tikmək də çox çətindir. Bu saat qarşında dayandığım Çuxur Məhəllə Məscidini tamamən dağıdıblar. Amma quruculuq işləri gedir.

 

Möhtərəm Prezidentimiz yenə Şuşada oldu. Bəli, Prezidentin nəzarəti ilə Şuşa tamamilə yenilənir, çox işlər görülüb. May ayı ərzində çox açılışlar olacaq”.

 

Z.Abbasov deyir ki, bu dəfə Şuşada olmalarının səbəbi tarixi abidələrin, Şuşa haqqında kitabın hazırlanması ilə bağlıdır:

 

“20 gündür Şuşadayıq. Artıq Realnı Məktəbinin təməli qoyulub. Digər orta məktəb, xəstəxana, məscid tikilir. Kabelləşmə gedir. Artıq telefonlar işləyir. Abadlıq bərpa işləri gedir...

 

Bir dəfə Firudin Şuşinskidən soruşublar ki, dünyanın ən böyük şəhəri hansıdır, deyib Şuşa. Deyiblər necə Şuşa ola bilər, Şuşa ən balaca ərazisi olan yerdir. Deyib vallah, eşidirəm Şuşanı 200 ildir tikirlər, hələ tikib qurtarmayıblar. Bir ucdan tikirik, bir ucdan mənfur qonşular dağıdır.

Prezidentimiz yenə Şuşaya gəldi. Küçləri bir-bir gəzir, abidələrə baxır. Tam əminliklə deyirəm ki, işlər daha yaxşı gedir. İnşaallah, bərpa işləri uğurla bitəcək”.

 

“Cənab Prezidentin Şuşaya hər səfəri şəhərə yeniliklər gətirir”

 

Şuşada tarixi Realnı məktəbin keçmiş direktoru Şükür Nəsibov “Həftə İçi”-nə bildirib ki, Şuşada 81-ci ildən direktor fəaliyyətinə başlayıb. 85-91-ci illərdə “Realnı Uçiliş”də direktor işləyib. Şükür müəlllim, deyir ki, orda riyaziyyat təmaüllü internat yerləşirmiş. 340 nəfər şagird, 120 işçisi olub.

 

Ermənilərin işğal dövründə dağıtdığı o məktəbin yenidən bərpası istiqamətində işlərin başladığını və bu gün yenidən təməlinin qoyulduğunu böyük fərəhlə qeyd edən Şükür müəlllim Prezidentə sonsuz təşəkkürünü ifadə edib:

 

“Cənab Prezidentin Şuşaya hər səfəri şəhərə yeniliklər gətirir. Hər Şuşaya gələndə yeni təməlqoyma mərasimləri keçirir. Biz Prezidentin fəaliyyətini izləyirik, cənab Prezidentimizlə fəxr edirik. Prezidentimizi Allah qorusun, Allah Mehriban xanıma dəyməsin. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə cansağlığı versin, igid əsgərlərimizə qüvvət versin.  Biz onların sayəsində bu gün Şuşadayıq. Sağ olsunlar ki, bizim yuxumuzu çin elədillər. Bütün bunlar hamısı cənab Prezidentimizin siyasi və iqtisadi xəttinin qazandığı qələbəsinin nəticəsidir”.

 

Ş.Nəsivov deyir ki, bu gün Şuşanın dağıdılmız vəziyyətini gördükcə ürək ağrısı keçirirlər. Amma torpaqların qayıdışı fərəh gətirir:

 

“Biz indi burda ayağımızı yerə bərk vururuq. Bilirik ki, bu torpağı bir daha heç kimə verən deyilik. Prezident Şuşa səfərində çıxışında ermənilərə lazımı mesajlarını verdi. Dünya mediasının bizə qarşı olan təxribatçı suallarına da yerli-yerində cavabını verir. Biz Prezidentin bütün çıxışlarını izləyirik və onunla fəxr edirik. O, həmişə nəyi necə eləməyin yolunu özü yaxşı bilir. Və dediyi sözü də yerinə yetirir”.

 

“O, bu şəhərdən dünyaya bu mesajını verir – “Həyat qayıdıb”

 

Bu günlər Şuşada olan, Şuşanın məhəllələrini qarış-qarış gəzib gördüklərini fotoaparatının lentinə köçürən Fransadan olan əslən Azərbaycanlı Reza Deqati “Həftə İçi”nə bildirib ki, o, bu şəhərdən dünyaya bu mesajını verir – “Həyat qayıdıb”.

 

R.Deqati deyir ki, hər dəfə Şuşaya gedib, hər dağıdılan küçənin və bir də bərpa işləri aparılan abidənin qarşısında duranda, şəkillər çəkəndə 1992-ci ilin o ağır günləri yadına düşür:

 

“Bir neçə gün idi ki, Şuşada Kulinariya Festivalında idim. Hər kəs oynayır, oxuyur. İki gündən sonra da Xarıbülbül Festivalı olacaq. Amma mən hər dəfə gözümü yumanda 92-ci illərin Şuşası yadıma gəlir. O vaxtlar vəziyyət çox ağır idi. İndi Ukraynada vəziyyət necədirsə - hər yer dağılmış, alov, uşaqlar, qocalar, qadınlar zirzəmilərdə gizlənirdi - o vaxt Şuşa indiki Ukrayna kimi idi. Çörək, su yox idi, hər gün neçə adam şəhid olurdu... Bir tərəfdən də şad oluram ki, bu zülm aradan getdi.  Şuşada haqq öz yerini tutdu”.

 

R.Deqati deyir ki, 1992-ci il Şuşası ilə bu gün işğaldan azad olunan Şuşanı müqayisə edəndə, fotolarda dünyaya verilən çoxlu suallar, mesajlar yaranır:

 

“Şuşanı gəzəndə 17-18-19-cu əsrlərin binalarının ermənilər tərəfindən necə dağıdıldığını görürəm. Şuşada sovet vaxtında tikilən binalar qalır. Belə baxanda adama elə gəlir ki, Şuşa yaxşı qalıb. Amma məhllələrə gedəndə - Çuxur Məhəllə, Qurd Qapısı və digər qədim məhəlləri görəndə bir dənə də ziyalı, tarixi Azərbaycan evlərinin qalmadığını görürsən”.

 

R.Deqati deyir ki, bu mənzərəni gördükcə dünyaya veriləcək suallar, mesajlar yaranır:

 

“Kulinariya festivalı haqqında dünən fotalar çəkildi. Filmi instraqramda paylaşdım. Dünyaya mesajım bu oldu: “Həyat qayıdıb”. Onu gərək dünya görsün. Bu bir daha onu göstərir ki, aparılan bərpa işlərini dünya görməlidir. Dünya görməlidir ki, 30 il gedən münaqişədə ermənilər guya özlərinin hesab etdikləri abidələri, evləri dağıdıblar. Əgər Şuşa onların idisə, sual vermək istərdim: əgər sizin idisə, niyə dağıdıbsız, bu illər ərzində bərpa eləməmisiz? Bu bir ildə görün ki, Azərbaycan Şuşanı necə bərpa edib, öz evini qoruyur gözəlləşdirir. Bundan belə bir nəticə çıxır və istəyirəm dünya bilsin ki, Azərbaycan bərpa işləri aparırsa, deməli müharibə istəmir, sülh istəyir. Bir millət ki, quruculuq işi aparır, o müharibə istəyə bilməz. Azərbaycan erməniləri sülhə çağırır. Mən bu gün müşahidələrimdə və çəkdiyim şəkillərdə dünyaya bunu çatdırmaq istəyirəm”. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"