Deputatlarımız AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

13:26 13-05-2022 | icon 134 | Siyasət
Deputatlarımız AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Müxtəlif istiqamətlərdə müzakirələrin keçirilməsi nəzərdə tutulub

 

Bu gün, mayın 13-də Fransanın Paris şəhərində AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçiriləcək.

 

Versus.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətlərinin üzvü Nigar Arpadarai iştirak edəcəklər.

 

Tədbirdə “Rusiya və Ukrayna münaqişəsi nəticəsində regionda daxili və xarici miqrasiyaların humanitar nəticələri”, “Seçkiqabağı kompaniyalarda miqrasiya və sığınacaq məsələlərinin miqrantların qəbuluna və hüquqlarına təsiri” kimi mövzular müzakirə ediləcək, bir sıra təşkilati işlərə baxılacaqdır.

 

Deputat Səməd Seyidov, həmçinin AŞPA-nın mayın 16-17-də keçiriləcək Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün Yunanıstanın Hanya şəhərində səfərdə olacaq.

 

İclasda  “Yeni çağırışlar qarşısında Avropa təhlükəsizliyinin asimmetriyası”, “Şərqi Aralıq dənizində sülh və stabilliyin qorunması”, “Şərqi Balkanlar üçün Avropa perspektivinin dəstəklənməsi”, “Müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu: yeni irqçilikdə azad cəmiyyət xartiyası” kimi mövzularda, həmçinin beynəlxalq silahlı münaqişələr şəraitində Avropa Şurasının rolu ilə bağlı müxtəlif istiqamətlərdə müzakirələrin keçirilməsi nəzərdə tutulub.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"