Diasporalarımızın xaricdə özümüzə qənim kəsilən soydaşlarımıza münasibəti nədir?

 

14:02 13-05-2022 | icon 224 | Cəmiyyət
Diasporalarımızın xaricdə özümüzə qənim kəsilən soydaşlarımıza münasibəti nədir?
 

 

 

 

 

Xaricin bəzi beynəlxalq qurumlarının Azərbaycana qarşı ikilistandartı yanaşmaları hələ də davam edir. Xarici ölkələrdə fəaliyyət göstərən soydaşlarımız var ki, onlar Azərbaycan adını uca tutaraq, ölkəsinin imicini yüksəltmək üçün müəyyən mənada çalışır. Belə insanlar diasporalar kimi fəaliyyət göstərsələr də, göstərməsələr də özlərini müxtəlif internet kanalları ilə yetərincə təbliğ edə bilmirlər.

 

Xaricdə Azərbaycan adından danışan, guya bloggerlik fəaliyyəti göstərən bir çox “qəhrəmanlar” isə ölkəmizin adına xoş olmayan çıxışları ilə ictimaiyyəti dəng edir, öz davranışları ilə cəmiyyətdə birmənalı fikir oyatmırlar.  Təəssüf doğuran odur ki, “Azadlıq, demokratiya aşiqləri” kimi özlərini nümayiş etdirən heç bir arqumenti, sözünün məsuliyyətini anlamayan kəslər belə kanallardakı qaraguruhçu çıxışları gözlərini yumaraq “bəyənirlər”.

 

Əslində  xarici ölkələrdə yaşayan azərbaycanlı soydaşlarımızın vahid bir güc olaraq bir araya gəlib öz ölkəsinin maraqlarını, nüfuzunu qorumasına zəruri tələb var. Bu gün xaricdə prosesi  düzgün dəyərləndirib, düzgün yanaşma zərurəti olduğu halda məsələlərə çox səthi yanaşılır, üstəlik düşmənin dəyirmanına su tökənlərimiz də var. Yaxud da bəzi dədəsindən küçüb xaricə gedən azərbaycanlılardan istifadə edərək  parçalayıcı mövqe sərgiləyirlər.

 

Dövlətə “babamız” deyiriksə, övladlarını onun davamçıları kimi qəbul ediriksə, onu güclü saxlamağın, yaşatmağın yollarını da sağlam fikir mübadiləsi, koordinasiyalı şəkildə həll etmək prioritetlərdən olmalıdır. Bütün halllarda heç bir əcnəbinin, əcnəbi dövlətin gəlib mənim, sənin dərdini həll etməyəcəyini bildiyimiz halda hər hansı soydaşımızın xaricdə Azərbaycan adını, dövlətini, Prezidentinin nüfuzunu özünün səhvi üzündən pis tərəfə çıxması, təhqiramiz çıxışları yolverilməz olduğu qədər də, təəssüf doğururcudur.  

 

Zaman-zaman internet resursları, yootube üzərindən Azərbaycan adına utanc verən bəzi “blogger” fəaliyyəti xaricdə yaşayan çoxsaylı azərbaycanlı soydaşlarımız tərəfindən necə qarşılanır?

Ermənistan kimi işğalçı bir dövlətin, diasporalarının öz yalanını, məkirli niyyətlərini informasiya məkanından, eləcə də məhəllələrdə dünyaya nümayiş olunmasına çalışdığı bir halda biz necə birləşə bilirik?

Bir çox beynəlxal təşkilatların Azərbaycan insanının hüquqlarını 30 ildir tapdalayan erməni separatizminə göz yumaraq ikilistandartlı davranışını bilirik və əsl həqiqətlərin dünya insanının gözünün qarşısında açılmasına ehtiyac duyulduğu bir vaxtda bizim xaricdəki Azərbaycan adına danışan bəzi bloggerlərimiz niyə Avropadan, Amerikadan, Fransadan Azərbaycana ədalət tələb etmir?

Azərbayacan diasporalarının xarici ölkələrdə özümüzə qənim kəsilən öz soydaşlarımıza münasibəti nədir və onlar bizim görmədiklərimiz nələri müşahidə edirlər?..

 

 

“...sən maddi dəstək almaq üçün öz ölkəni pisləyirsən

 

Versus.az xəbər verir ki, bu günlərdə Şuşa Zəfəri ilə bağlı Azərbaycana gələn Finlandiya - Avropa Azərbaycanlıları Konqresinin Baş katibi Arzu Oqtay bizə müsahibəsində bu istiqamətdə bir çox məsələlərə aydınlıq gətirib.

 

-Arzu xanım, xaricdə Azərbaycan adından çıxış edən soydaşlarımızın internet üzərindən ölkə iqtidarına nifrət yağdırdığını yəqin ki, siz də izləmisiniz. Niyə belə hallar baş verir və sizlər orada diasporalar olaraq xaricdən belə çıxış edən bəzi bloggerlərin fəaliyyətinə hansı reaksiyanı verə bilirsiz?

-Əlbəttə belə hallar bizi çox üzür. Təkcə bir faktı sizə danışacam. Xatırlayırsızsa, 1912-ci ildə Azərbaycanda “Avrovision” keçirildi. O vaxt Finlandiyada bütün fin qəzetləri, televiziyaları, radiolar Azərbaycan əleyhinə çıxışlar edirdilər. Bir gün işlədiyim məktəbə gedəndə bu barədə yolda radioda eşitdim. Məktəbə çatıb dərhal müəllimlər otağına gəldim. Stolun üstündə olan nüfuzlu qəzetlərdə də bu barədə yazıların getdiyini gördüm. Bu mənə çox pis təsir elədi. Dərhal məktəb direktorunun yanına gedib icazə isdətim. Təbii ki, səbəbini soruşdu. Dedim ki, mənim ölkəm sizin ölkəniz sayəsində təhqir  olunur və mən bunun yalan olduğunu bilirəm. Mənə icazə verildi. Mən həmin o qəzetləri, radioların əlaqələrini axtarıb tapdım, onlarla danışdım. Onlara zəng edib, birinci “siz  mənim ölkəmdə olmusuz”-deyə soruşdum. Dedilər yox. Dedim o zaman siz mənim ölkəmi görməyə-görməyə  niyə belə yalanlar yazırsız. Biri dedi yaxşı eliyirəm,  biri dedi biz belə məlumat almışıq, yəni hərəsi bir söz dedi. Mən təkzib tələb etdim. Daha sonra Azərbaycana İctimai Televiziyaya zəng elədim və rəhbərliyə danışdım. Fin qəzetlərində yazırdılar ki, guya Azərbaycanda xaricdən Avroviziona gələn insanlar çox pis qarşılanıb, boyat yemək verilib,  diqqət yoxdur, çəkiliş bərbad vəziyyətdədir, hətta qırmızı xalısı belə yoxdur ki, üstündən keçsinlər.. Əlbəttə ki, İTV-nin rəhbərliyi bu xəbərlərdən məyyusluğunu bildirdi. Dedi ki,  biz evdə yemədiyimiz ən yaxşısını gətirib onlara veririk...

Nəhayət mən əlaqə saxladığım finlərə dedim ki, 15 ilə yaxındır ki, sizin ölkədə yaşayıram və sənin  bütün çatışmazlıqlarını gözəl bilirəm.  Əlimdə telefon var, çəkəcəm verəcəm Azərbaycan televiziyalarımıza, onlar da Avrovisiona ötürəcəklər. Mən bunları deyəndə məni qəbul elədilər.

Finlər elə bir xalqdır ki, öz eyblərini kənara çıxarmaq istəməzlər, onu qaldırıb xalçanın altına qoyurlar. Onlarda belə bir misal var: deyirlər, mən öz problemimi qonşuma desəm, mənə nə qədər kömək edər, heç nə. Əvəzində bütün qonşular bilər. Onlarda yuxarıdan aşağı hamı bu düşüncə ilə yaşayır. Problem içində üzürlər amma bir dəfə də onu nümayişkəranə dilə gətirmirlər. İnternet üzərindən paylaşmırlar, yaymırlar.

Nəhayət, onlarla görüşmək üçün 3 gün vaxt istədim. Bu vaxt ərzində kababdan başqa, yarpaq dolma, aş, bişirdim, evdən qəşəng xalçamı götürdüm və onların qəbuluna getdim. Əlbəttə ki, o mətbu orqanda məni o baqajla qapıdan içəri buraxmadılar. Dedilər ki, gətirdiyin şeyləri qoyursuz aşağıda qalxırsız. Dedim onda mən getdim, sözüm qüvvədədir.  Rəhbərliyə çatdırıldı, rəhbərlik məni gətirdiyim “hədiyyə” ilə qəbul etdi. Gəldim qəbula, süfrəmi açdım,  dedim qonaq olun, yeyin. Dedilər yox. Dedim mən yeyrəm, siz də yeyin ölməzsiz.  Yedilər və “bəh-bəh” dedilər. Dedim, indi siz mənə qulaq asın: bizim özvladlarımız dünyaya gələndə biz beşiyinə xalça qoyuruq, evləndirəndə evini xalça ilə bəzəyirik. O dünyaya gedəndə  xalça ilə göndərilirik. Baxın görün siz  kimdən belə yazmısız... Bizim xalçamız Ağ evdə sərilib... Mənə qulaq asdılar, gözləri doldu.   Dedim siz mənə qulaq asdız sağ olun, amma mənə deyin görüm bu məlumatı kimdən almısız. Bura gəlməyimin səbəbi budur.  Siz orda olmamısız, Avroviziyaya gedən finlər sizə belə məlumat verə bilməz. Çünki orda yüksək səviyyədə qarşılanırlar...Dedilər, Emin Milli...

 

 

-Sanki sözün bitdiyi an... nə etdiniz?

-Götürdüm ona məktub yazdım. Dostluğumda olmasa da, onu feysbuqda da tapıb, mesaj yazdım. Yazdım ki, sənə Emin Milli adı yaraşmır. Bunu qoyaq qırağa. Sən müxalif fikirli  ola bilərsən, əgər sənin bir şəxsiyyətə simpatiyan yoxdursa, bütün dövləti  ona necə qurban verə bilərsən. Bizim dövlət başçımız Azərbaycanı hər yerdə ən yüksək səviyyədə təmsil edir. Bizim bütün parlamentlərin önündə  bayrağımız var. Sən bunu qammırsan, sən maddi dəstək almaq üçün öz ölkəni pisləyirsən. Xahiş edirəm, o “milli” adını götür. Sən doğrudan da  sağlam müxalifət olsaydın, mən sənə heç nə yazmazdım. Ondan sonra o məni bloka saldı. Bundan sonra o bloggerlərin kim olduğunu bildim.

2018-ci ildə bizdə Prezident seçkiləri oldu. Ermənistanda da seçkilər idi.  Azərbaycanda keçirilən seçkilərlə bağlı haqsız qərar çıxarmışdılar. Biz Polşada ATƏT-in ofisinin qarşısında seçkilərlə bağlı çıxardıqları qətnaməyə etiraz etdik. Onlar yazmışdılar ki, Azərbaycanda seçkilər düzgün keçirilməyib, saxtakarlıq olub, Ermənistanda isə guya güllük-gülüstanlıqdır. Ondan sonra Almaniyada etiraz nümayişi oldu. Bizə dedilər ki, “orduxanlar”,  özünü “milli” adlandıran satqnlar  Azərbaycan səfirliyinin qarşısında gəlib Azərbaycanda keçirilən Prezident seçkilərinə etiraz edəcəklər. Biz diaspora təşkilatları olaraq  dünayanın harasında yaşamağımızdan asılı olmayaraq yığışdıq ora. Biz bunları dialoqa çağırdıq. Orda mən deyirdim ki, ananız yaşındayam, gəlin oturaq  bir-birimizi dinləyək. Səhvimiz varsa, düzəltmyə çalışaq. Ortaq məxrəcə gələk, dövlətimiz üçün, dövlətçiliyimiz üçün çalışaq. Erməni kimi böyük bəlamız var, belə ədavətli çıxışları qoyun qırağa. Mənə çox ağır sözlər dedilər, üstümə daş atdılar. ÖBununla belə onlara qucaq açırdıq ki, gəlin oturaq. İstəmirdilər, söyürdülər.  İndi də söyürlər, indi də əks çıxışlar edirlər. Prezidentin Brüssel səfəri zamanı da o üzdəniraq bolggerlərin Azərbaycan Prezdentinə qaşı belə çıxışlar yaydıqlarını gördük. Biz bunlara qarşı illərdir mübarizə aparırıq. Bir dəfə bir xanımdan mənə zəng gəldi ki, siz çox işlər görürsüz. Mən 4 nəfər göndərirəm onları orda təbliğ edin. Düzü onu tanımıram və razılaşmadım. Mənə dedi ki, insan bu qədər yaltaq olmaz, bu qədər prezident-prezddent deməz.  Dedim biz dövlətin, prezidentin burdakı təmsilçisiyik. Bu nə deməkdir. Dedi, müxalifətçilərə yol verməlisiz.

 

-Sizcə, onları xaricdə belə danışdıran nə idi və indi vəziyyət necədir?

-İndi həmin insanların çox hissəsi maliyə ala bilmədikləri üçün susrlar. Avropa bunlardan istifadə elədi, 5 manat pulla bunları satın aldılar. İndi pulları kəsilib deyə, görürəm ki,  sakitləşiblər... Adam bir qədər sevinir. Əvvəllər İlham Əliyevin, Heydər Əliyevin şəklini qoyduğumuz tədbirlərdə belə içəri girmirdilər.  Girəndə də söyüb çıxırdılar. İndi  götürüb öpüb qoyurlar gözlərinin üstünə. Çünki Qərbdən, Avropadan verilən pulları kəsiblər. İndi baxıram ki, onların bir çoxu burda komitə tərəfindən medalla da təltif olunublar.

Hətta Avropa Azərbaycanlıları Konqresi olaraq biz orada vəkillərlə danışdıq ki, orda qatı müxalifətçilik edib Prezidentimizi, onun ailəsini təhqir edənləri məhkəməyə verək. İddia qaldırdı. Vəkillər dedilər ki, bu sadə bir prosedurdur. Yazın, dövlət tərəfindən bizimlə əlaqə qurun. Çünki harda yaşayırsan yaşa, biz dövlətin prezidentini təhqir etmək Konstitusiya ilə qadağandır. Sənədləri verdik, amma həmin sənədlər yatıb qaldı...

 

-Xaricdən yayımlanan hansı internet kanallarını izləyirsiz?

 

-Nə vaxt bunlar “haqqa gəlcək” deyə, ara-sıra izləməm olur. Mən o sırada Sevinc Osmaqızı adını çəkməyi nə ölkəmiz adına, nə də öz adıma sığışdırmaram. O insanlarda nəinki azərbaycanlılıq, heç adamlıq da yoxdur. Bir insan ki, öz düşməninin dəyirmanına su  tökür, onun haqqında nə danışmaq olar. Haqqı qoyub, nahaqqı danışırsa nə demək olar. Hətta məni burda bir az incidiblərsə, bunu gedib düşmənimin yanında danışmağım nə dərəcədə düzdür?!. Mən Azərbaycana gələndə universitetdə bir tədbirdə idim, orda da dedim. Gənclərə də dedim, “xaricdə təhsil”- deyirsənsə, sən gəlib orada bu insanların təsirinə düşməməlisən.

-Xaricdə təhsil almağa gələn gənclər necə təsirə düşürlər. Ümumiyyətlə, belə hal varmı və diasporalar bu məsələdə nə dərəcədə diqətli olmalıdır?

-Xaricə oxumağa gələn gənclər arasında təsir altına düşənlər çoxdur. Ona görə düşürlər ki, xaricdə Azərbaycan adına olan bəzi təşkilat rəhbərləri özlərini “xəlifə” kimi aparırlar. “Vaxtım yoxdur”, “sabah gəlrəsən”... və sair neqativləri ilə gəncləri uzaqlaşdırırlar, incidirlər. Ondan soruşan lazımdır ki, sən kimsən. “Telefonda bir diaspora sədrinin şəklini göstərir)

...”Bax bu insan Finlandiyada bağçada xadimə işləyir. Amma onu burda bələdiyyənin sədr müavini kimi təbliğ edirlər. Amma mən 20 ildir Təhsil Nazirliyində qeydiyyatda olan bir müəllimə və orta məktəbdə  dərs deyən bir insan kimi heç vaxt fəaliyyətimi dilimə gətirmirəm, demirəm. Heç vaxt da imkan vermirəm ki, məni şişirdib belə  reklam eləsinlər. Niderlanddan olan bir azərbaycanlı xanım həkim adına burdakılara məsləhət verir.  Xəstəxanada sanitarkadır.  Heç bir tibbi təhsili yoxdur və Azərbaycanda onu gözəl rekam eliyirlər. Digər biri xəstəxanada əşyaları strelizə edir və burda televiziyada deyir ki, mən cərrahın asistentiyəm və onlar da diasporalar üzrə əlaqələndiricidirlər.

Mən də bu problemi dilə gətirəndə oluram xalq düşməni. Mənə deyirlər ki, sən bizi tənqid edirsən. Deyəndə ki, ay filankəs Finlandiyada bu problem var, azərbaycanlı tələbələrlə iş görülmür. Ondan sonra zəng edirlər ki, 3 dənə tələbəni yığ şəkil çəkdir ki, Arzu xanımı yalançı çıxardaq.

 

- Diaspora işinin yalnız 5-3 nəfərin bir araya gələrək hansısa günlər keçirdib, yeyib-içmək, konsert vermək kontekstindən kənara çıxarmaq üçün hansı təklilləşməyə ehtiyac var?

-Nə qədər ki, cənab Prezidentimizin Diaspora işinin inkişafı üçün ayırdığı maliyyə hardasa qonaqlıqlara sərf ediləcək heç nə alınmayacaq. Prezidentin bundan xəbəri olmur. Diasporalar yalançılara yox, milli adamların üzərində qurulmalıdır. Məsələn, bizim Konqres bir çox işləri görmək üçün öz cibindən xərcləyib. Amma “bizə nəyə lazımdır bağlamq lazımdır deyirlər”.  Mən cənab Prezidentə müraciət edəcəm ki, diasporalara maliyyə dəstəyi ayırmasın. Məsələn, yaşadığım yedə Konqresin adından hansısa tədbirlər keçirilməsi üçün yerli bələdiyyəyə müraciət edirəm. Mən Filliandiya merinin daxili proqramlarına Xocalı, 20 yanvar, Novruz bayramı tədbirlərini saldırmışam. Hər il onlar özləri bu tədbirləri təşkil edirlər və məni dəvət edirlər ki, gəl göstər, çıxış et. Mən ora 1 manat pul xərcləmirəm. Amma bizim bir çox diasporalar,  nə qədər ki, bir tortun kreminə görə də komitədən pul istəyəcəklər çətin olacaq. (hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"