Dünyanın ən böyük viski şüşəsi SATILDI


Edinburqda dünyanın ən böyük viski şüşəsi “Lyon & Turnbull” hərracında 1,1 milyon funta satılıb.
Onun hündürlüyü təxminən 180 sm, həcmi 311 litrdir.
32 illik “Macallan” skotçunun alıcısı anonim qalmağı tərcih edib.
Qeyd edək ki, şüşəyə “Qorxmaz” adı verilib. O, 11 tədqiqatçı və novatorun nailiyyətlərinə həsr olunub. Həmin şəxslərin portretləri içkinin etiketinə həkk olunub.
Layihənin müəllifi investor Daniel Monkdur. O, dünyanın ən böyük viski şüşəsini mərhum atasının şərəfinə yaradıb.

Xəbər lenti

Azərbaycanın mövqeyi bütün tərəflərə bir daha aydın oldu
Zaur Məmmədov: “Konvensiyanın qəbulu hüquqi baza yaradır və mübahisələrin beynəlxalq hüquq şəraitində həll edilməsinə müsbət təsir edir”