"Sərhədlərin müəyyənləşməsi, aylarla, illərlə çəkə bilər"

07:19 01-06-2022 | icon 134 | Geopolitika
"Sərhədlərin müəyyənləşməsi, aylarla, illərlə çəkə bilər"

 

 

Xəbər verildiyi ki, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiyası ilə bağlı komissiya üzvlərinin tərkibini təsdiqləyib.  Ekspertlər bunu Brüssel görüşünün ilkin nəticəsi olaraq ilkin addımın atılması kimi dəyərləndirir.

 

 

Ermənistanın sülh sazişinə gəlməmək üçün meydanlarda çıxardığı oyunlara baxanda “bu komissiyaların fəaliyyət prosesinin nə qədər davam edəcəyi” -sualı ortaya çıxır. Ermənistan bu prosesdən yayına bilərmi?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə şərh verən siyasi şərhçi Mətin Məmmədli qeyd edib ki, sərhədlərin delimitasiyası, demorkasiyası üzrə komissiyanın təşkil edilməsi ilə bağlı hələ aprel ayının 6-da Brüsseldə keçirilən görüşdə razılaşma əldə olunub. O, təəssüflə qeyd edib ki, aprelin sonlarına qədər həmin görüş baş tutmadı və bunun da əsas səbəbi Ermənistan hakimiyyətinin qeyri-müəyyən mövqe sərgiləyib hər dəfə müxtəlif bəhanələrlə görüşdən qaçmaq üçün etdiyi bəhanələrdir. M.Məmmədli hesab edir ki, sonuncu görüşdə artıq komissiyanın tərkibinin müəyyənləşdirilməsi ilə bağlı prinsipial razılaşma əldə olunub və bu görüşdən qısa müddət sonra tərəflər komissiyanın tərkibini müəyyən edən sərəncamlar müəyyən ediblər.  

Onun fikrincə, belə bir komissiyanın yaradılması iki ölkə arasında sərhədlərin müəyyənləşməsi prosesində irəliyə doğru bir addım kimi dəyərləndirilməlidir.

 

Politoloq eyni zamanda bildirib ki, iki ölkə arasında sərhədlərin müəyyənləşməsi prosesinin qısa müddət ərzidnə başa çatmasına ümidlənməli deyilik.

 

 

“Bu uzun, olduqca mürəkkəb bir prosesdir.  Sərhədlərin müəyyənləşməsi, aylarla, illərlə çəkə bilər.  Ermənistanın mövqeyinə gəldikdə isə, hazırda Ermənistanda daxili siyasi-vəziyyət olduqca gərgindir.  Həm daxili siyasi vəziyyətin mürəkkəbliyi, eyni zamanda  Ermənistana ciddi kənar təsirlərin mövcudluğu  bu dövlətin növbəti dəfə mövqeyində müəyyən dəyişikliklərin baş verməsinə səbəb ola bilər”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB