Sağlamlıq imkanları məhdud uşaqlarla 1 gün...

07:36 01-06-2022 | icon 124 | Sosial
Sağlamlıq imkanları məhdud uşaqlarla 1 gün...

 

STP Şirkətlər Qrupu Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sağlamlığı məhdud uşaqları sevindirib.

 

 

Bu barədə Versus.az-a STP Şirkətlər Qrupundan məlumat verilib.

 

 

Verilən xəbərə görə, STP Şirkətlər Qrupu 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində olub. STP nümayəndələri buradakı uşaqların sosiallaşmasına dəstək əlaməti olaraq mayın 30-da müəssisədəki 15 uşaq üçün “Uşaqlar gələcəyimizdir!” şüarı altında yarım günlük gəzinti təşkil edib.

 

Gəzinti Sumqayıtda yerləşən “Fun World” uşaq əyləncə mərkəzini ziyarətlə başlayıb. Uşaqlar buradakı müxtəlif əyləncə qurğularından və oyun aparatlarından istifadə edərək şən vaxt keçirdiblər. Əyləncə mərkəzindən sonra dünyanın qabaqcıl ictimai iaşə brendlərindən biri olan “McDonald’s”-ın dəstəyi ilə uşaqlar üçün nahar təşkil  olunub. Restoran işçilərinin diqqət və qayğısı, həmçinin bütün uşaqların sevimli yeməyi uşaqların sevincinə səbəb olub. 

 

Nahar fasiləsinin ardından, uşaqlar Bakı Zoologiya Parkında olublar. Burada onlar ilk olaraq, zooparkda məskunlaşan vəhşi heyvan növləri ilə tanış olub onların davranışlarını böyük maraqla izləyiblər. Daha sonra müxtəlif əhilləşdirilmiş ponilər, keçilər, dovşanlar və s. ev heyvanları ilə tanış olub.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ