“Bu “qazilər”, işbazlar ən böyük cəzaya, ictimai qınağa layiqdirlər”

07:43 01-06-2022 | icon 128 | Cəmiyyət
“Bu “qazilər”, işbazlar ən böyük cəzaya, ictimai qınağa layiqdirlər”

 

 

44 günlük müharibə bitdikdən sonrakı dövrdə Azərbaycan dövlətinin şəhid ailələrinə, qazilərə dəstəyi, onların bütün ehtiyaclarının qarşılanması, problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində bir sıra işlərin görülməsi davam edir. Lakin qazi, Şəhid ailəsi adından sui-istifadə hallarının da olduğu istisna edilmir və belə hallar ciddi neqativləri ortaya çıxarır. Bunun  yolverilməzliyi, belə qanunazidd əməllərin ictimaiyyət tərəfindən qınanılması ilə bağlı fikirlər birmənalıdır.

 

 

“Saxta qazi” mövzusu bu gün cəmiyyətdə nə dərəcədə aktualdır və bunu aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

Şəhid ailəsi və qazi adına ləkə gətirən belə hallarla qarşı ictimaiyyət özü hansı reaksiyanı verməlidir?

 

 

Versus.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz QƏNİZADƏ  bildirib ki, Qarabağda əldə etdiyimiz qələbələrə görə ilk öncə Şəhidlərimizə,  qazilərimizə, Azərbaycan Ordusuna, Ali Baş Komandana minnətdarıq.

 

Hüquqşünas hesab edir ki, nə qədər ki, Azərbaycan var bu dövlətin qazilərinə və Şəhid ailələrinə, əsgərinə qarşı qayğı, diqqət  hər zaman olacaq və biz hazırda bunun şahidiyik.

 

“Azərbaycan dövləti qazilərimizə və Şəhidlərimizə, digər təbəqədən olan bu insanlara qarşı çox diqqətlidir. Və bu gün sosial problemlərin həlli istiqamətində saysız -hesabsız görülən işlərin şahidi oluruq. Elə bu yaxınlarda 500-ə yaxın mənzili olan yeni şəhərcikdə 200-ə yaxın qazi və şəhid ailəsinin mənzillə təmin olunmasının şahidi olduq.  Belə hallar 1000-lədir. Qazilər, şəhid ailələri avtomobillərlə təmin olunurlar, kreditləri silinir, onlara müəyyən evlər tikilir, iş yerləri ilə təmin olunurlar. Belə ki, digər belə yardımların göstərilməsi, tibbi yardım öz ölkəmizdə mümükün olmadıqda qazilərin xaricdə müalicəsinin həyata keçirilməsi ilə bağlı saysız faktlar var”.

 

Ç.Qənizadə bütün bunların fonunda bir daha bildirib ki,  Azərbaycan dövləti bu gün özünün qazilərinin, Şəhid ailələrinin yanında olur və bununla da qürur duyur.

 

Hüquqşünas bu istiqamətdə dövlət büdcəsindən xeyli miqdarda vəsaitlərin ayrıldığını önə çəkib. O, hesab edir ki, bu işlər gələcəkdə daha uğurla davam edəcəkdir.

 

Ç.Qənizadə təəssüf hissi ilə bildirib ki, bir çox hallarda bizim qazilərimizin adlarından sui-istifadə halları olur.

 

“Biz 44 günlük müharibədən öncə də qazilərin müəyyən hissəsinin müəyyən iş adamlarının əlində bir vasitə  kimi istifadə edilərək, torpaqların zəbt edilməsi, evlərin, obyektlərin tikilməsi bağlı faktlarla rastlaşmışıq. Bunun qarşısı qanuni yolla alındığı zaman isə aksiyaların keçirilməsi ilə bağlı xoşagəlməz hadisələrin şahidi olmuşuq. Elə bu yaxınlarda bir şəhid anasının adından Sabunçu rayon ərazisində baş verən hadisə buna sübutdur. Məlum oldu ki, dövlət bu xanımla bağlı lazım olan addımları atıb-qadın mənzilə təmin olunub və sairə. Məlum oldu ki, bu xanımın adından hanssa işbaz qeyri-yaşayış sahəsi inşa etdirmək niyyətində olub. Yəni bu cür hallar var. Eyni zamanda qazi adından küçədə dilənən bir nəfərin polis tərəfindən saxlanması və onun həqiqətən qazi olmamasının ortaya çıxması, onun gizlətdiyi ayaq nayihəsinin vidogörüntülər vasitəsi ilə aşkarlanmasının, onun durub yeriməsinin şahidi olduq”.

 

Hüquqşünas bu faktları utanc doğuran, qazi və Şəhidlərimizin adına xələl gətirən  hallar kimi qeyd edib.

 

 

“Onlara qarşı müharizə ciddi olmalıdır.

Qazi adından istifadə edərək küçədə “ayağı yoxdur”- deyə forma alan, dilənən şəxsə 30 sutka həbsin verilməsi təbii ki, təqdirə layiqdir və bu hal başqalarına da dərs ola bilər. Qazilərimizin adından digər hərəkət edənlər, məsələn guya ki, şəhid ailələrinə yardım etmək üçün pul kartlarının əldə edilməsini də görürük. Qazilərimizin adından müxtəlif orqanlara tələblər irəli sürürlər. Bunlar var və təbii ki, bunlar bizə xoş deyil. Biz qazimizə, şəhidimizə, döyüşən hər bir əsgərimizə sevgimizi izhar etməklə, aramızda və sıramızda olan bu cür yaramaz insanları gördükdə təəssüf hissi keçirdirik. Qazi, şəhid adından saxta yolla istifadə edib nə isə divident əldə etmək istəyən, onların ləyaqətli adına xələl gətirən hərəkəti edənlər, əslində qazi olmayanlar ən böyük cəzaya, ictimai qınağa layiqdirlər.Bunlara qarşı inzibati metodlardan dəhral çəkinmədən istifadə edilməlidir”.

 

T.Qafarlı

Versus.az

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ