"Avropanın vasitəçi kimi səylərini qəbul etmək istəmirlər"

13:51 26-05-2022 | icon 39 | Geopolitika
"Avropanın vasitəçi kimi səylərini qəbul etmək istəmirlər"

 

 

 Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş Brüsseldə baş tutdu. Üçtərəfli danışıqlar prinsip etibarı ilə əvvəlki razılaşmaların sürətli icrasına yönələn addımların dəqiqləşdirilməsi xarakteri kimi dəyərləndirilsə də, iki görüşdən sonra heç də sülhə gəlməyən revanşist siyasətini davam edən Ermənistanın bundan hansı nəticə çıxaracağlı maraqlıdır. 3-cü Brüssel görüşünün əhəmiyyəti nədir?

 

 

 

Versus.az xəbər verir ki, politoloq Qabil Hüseynli şərhində qeyd edib ki, Brüsseldə baş tutan üçüncü görüş Avropa Birliyini çox təcürbələndirdi. Onun fikrincə, Avropa İttifaqı  xüsusilə Rusiyanın pozuculuq fəaliyyəti ilə bağlı müəyyən tədbirləri həyata keçirdə biləcək.

 

 

Q.Hüseyni hesab edir ki, bu görüşdən sonra Paşinyanın “zinqlərini” möhkəmləndirəcəklər ki, Rusiyanın qabağında ləbbey dayanmasın. Ümumən isə hesab edir ki, danışıqlar aparılırsa, irəliyə doğru hərəkət var.

 

“Brüsseldə sülhyaratma prosesinin bütün parametrlərinə dair müsbət irəliləyişlər barədə razılıqlar əldə edilib.   Və belə demək olar ki, bu prinsiplər həyata keçirdiləcək”.

 

 

Politoloq bu prosesdə Rusiyanın səssiz qalmayacağını istisna etməsə də, Brüsselin məhz ona çalışdığını vurğulayıb.

 

“İlkin rəylər onu göstərir ki, Rusiya Brüssel görüşünə qısqanc yanaşır. Və Antonov familiyalı rus politoloqu deyir ki, yaxşı olardı ki, bu razılaşmalar ya Soçidə, ya da Düşənbədə olaydı.

 

Avropanın vasitəçi kimi səylərini qəbul etmək istəmirlər.  Amma bu da onların deməyi ilə deyil. Qərb Rusiyanı həm beynəlxalq danışıqlardan, həm də bütövlükdə Cənubi Qafqaz da daxil olmaqla post-sovet məkanındakı bütün münaqişəli məsələlərin həlllində iştirakdan, o cümlədən də Azərbaycan və Ermənistan arasındakı müharibənin nəticələri ilə bağlı məsələlərdən uzaqlaşdırıb.

 

 

Rusiya bu saat böyük fəlakət qarşısındadır.  Ukrayna bu ölkəni diz çökdürmək üzrədir. Ona görə də  Rusiyanın Cənubi Qafqazala bağlı iddialı şəkildə çıxış etməsinin heç bir rolu, əhəmiyyəti olmayacaq”.

 

İyul-avqust aylarında Brüsseldə 4-cü görüşün olacağını və orada danışıqların gedişinin monitorinqinin aparılacağını qeyd edən Q.Hüseynli dəfə prosesə Rusiyanın müdaxilə etməsinə icazə verilməyəcəyini bildirib.

 

“4 -cü görüş görülmüş işlərin gedişi və nəticələrin həsr olunacaq”.

 

Onun sözlərinə görə, bu görüşdən sonra Azərbaycanın da Ermənistana təklif etdiyi 5 baza prinsipinə əməl etməsinə imkanlar açılacaq. 

 

“Çünki Azərbaycanın ərazi bütövlüyü məsələsi qəbul edilib, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin təhlükəsizliyi məsələsi Azərbaycanın üzərinə qoyulub. Azərbaycan onların təhlükəsziliyinə tam təminat veribdir. Bu o deməkdir ki, əsas mübahisəli məsələ olan Qarabağ ermənilərinin taleyi məsələsi Azərbaycanın istədiyi kimi həll edilib”.

 

Politoloq hesab edir ki, ümumilikdə istər Moskva, istərsə də, Avropa İttifaqının təşəbbüsü ilə baş tutan müzakirələrdə nə “Dağlıq Qarabağ” ifadəsinə yol verilir, nə ATƏT-in Minsk qrupunun həmsədrlərinə istinad edilir, nə də hazırkı mübahisəli məsələlər mahiyyət etibarı ilə münaqişə kimi xarakterizə olunur.

 

"Şarl Mişelin görüşün yekunlarına dair mətbuata verdiyi açıqlamadakı istiqamətləri icmal şəklində təqdim edəndə də Ermənistan üçün barmaq yeri qalmadığını görürük.

 

1.Birinci Qarabağ müharibəsində itkin düşmüş insanların taleyinə toxunulub (əvvəl də bu mövzu Avropa İttifaqının gündəliyində yer tuturdu);

 

  1. Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının birinci iclası sərhəddə baş tutacaq;

 

  1. Əliyevlə Paşinyan kommunikasiyaların açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəliblər;

 

  1. Azərbaycan və Ermənistan liderləri xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər. Yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər (Bu, praktiki olaraq yenilikdir. Burada Laçın dəhlizi ilə paralel aparılmadan Zəngəzur dəhlizi önə çəkilir);

 

  1. Sülh müqaviləsinin hazırlanması üçün xarici işlər nazirliklərinin nümayəndə heyətləri görüşəcəklər;

 

  1. Əliyevlə Paşinyan iyul-avqust aylarına qədər Avropa İttifaqının təşəbbüsü ilə yenidən bir araya gələcəklər;

 

  1. Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək.

 

 

Bu bəndlər istər Rusiya, istərsə də Avropa İttifaqının təşəbbüsü ilə əldə edilən bütün razılaşmaların mahiyyətini bir nöqtəyə birləşdirir və praktiki işlər üçün yeni fürsətlər pəncərəsi açır.

 

 

 

 

Avropa İttifaqının duruşu onun uzunmüddətli və davamlı sülh üçün iradə nümayiş etdirdiyini göstərir.

Etiraf etmək lazımdır ki, istər ABŞ, istərsə də Rusiyadan fərqli olaraq Avropa İttifaqının Cənubi Qafqazdakı maraqları siyasi ambisiyalara deyil, daha çox iqtisadi əsaslara söykənir.

 

Razılaşmanın bir bəndi var ki, onun üzərində ayrıca dayanmaq lazımdır, çünki ondan müxtəlif spekulyasiyalar üçün istifadə edilə bilər.

 

Söhbət Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi məsələsindən gedir, cənab Mişelin açıqlamasında bu mövzuya da toxunması əslində sırf Azərbaycanın maraqlarının ifadəsidir.

Onsuz da, Azərbaycan öz ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir.

Azərbaycan Konstitusiyasına əsasən, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Yəni ana qanunla müəyyən edilən bütün hüquq və azadlıqlar, vətəndaşlar üzərinə qoyulan vəzifələr onlara da şamil oluna bilər. Amma şərt var.

Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatının yalnız onların öz iradəsindən asılı olacağını söyləyə bilərik.

Seçim onlarındır: Ya Azərbaycan bayrağı altına keçəcəklər, yurisdiksiyasını tam qəbul edəcəklər, ya da üzlərini Ermənistana tutub suveren ərazilərimizdən çıxacaqlar".

 

Ləman

Versus.az 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

Sumqayıtda DƏHŞƏT

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB