Dövlət sərhədində mövqelərimiz ATƏŞƏ TUTULUB


Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti

Ayı onu çəkən adamı cəzalandırdı
Operatorun çəkilişi uzatması ayını qəzəbləndirib