"Bəzi dövlətlər  Türkiyənin bölgədəki varlığından çəkindilər və qorxdular"

12:26 01-06-2022 | icon 211 | Geopolitika
"Bəzi dövlətlər  Türkiyənin bölgədəki varlığından çəkindilər və qorxdular"

 

 

 

Türkiyə-Azərbaycan əməkdaşlığının yüksələn xətt üzrə inkişafı Bakıda Türkiyə qırıcılarının da qatıldığı Teknofest festivalından bir daha dünyaya növbəti mesajını vermiş oldu. Məhz belə bir ərəfədə Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması ilə bağlı təkliflər yenidən gündəmə gəlib. Bu təkliflər dünyadakı qeyri-sabit durum, Ukrayna-Rusiya müharibəsi, Ermənistanda davam edən aramsız etiraz aksiyaları və son olaraq Türkiyənin yüksək rütbəli zabitlərinin Bakıda Festivalda iştirak etməsi fonunda daha real bir məsələ kimi qeyd olunur. Türkiyənin Azərbaycanda hərbi baza yaratması indiki şəraitdə nə dərəcədə realdır?

 

 

Məsələ siyasilər tərəfindən birmənalı qarşılanmır.

 

Versus.az xəbər verir ki, bu barədə şərh verən politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sabitləşdirici münasibətlərdir və daim inkişaf edir. Onun sözlərinə görə, əgər Türkiyə olmasaydı, dünyada ağalıq etmək istəyən dövlətlər çoxdan qırmızı  cizgilərini, xarici siyasətdəki hegemon ambissiyalarını çoxdan həyata keçirər, Azərbaycanın bəyan etdiyi qırmızı xətti keçmək niyyətində olardılar. Politoloq eyni zamanda qeyd edib ki, rəsmi Ankaranın Ukrayna hadisələrində sərgilədiyi mövqe onun beynəlxalq güc olduğunu göstərir. Onun fikrincə, Türkiyənin Suriyada, Cənubi Qafqazda, Ukraynada, Mərkəzi Asiyada Rusiya ilə müəyyən fikir mübadilələri apardıqları müşahidə edilir və müəyyən məsələlərdə anlaşacaqları şübhəsizdir. 

 

“Etiraf edək ki, Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirilməsi kimi çıxışlar, rəy və bəyanatlar ilk dəfə deyil. 44 günlük müharibə sübut etdi ki, heç də hər zaman hərbi bazanın olmasına ehtiyac yoxdur. Siyasi dəstək, hərbi texnikaların Azərbaycana satılması, hərbi sahədə Azərbaycanla Türkiyə arasında qurulan əməkdaşlığın özü kifayət qədər ciddi məsələdir”. 

 

Z.Məmmədov bildirib ki, bəzən hərbi bazaların yerləşdirilməsi dünya birliyi tərəfindən çaşdırıcı və xarici siyasətlə bağlı kəskin qərar kimi qəbul edilir. Azərbaycanın xarici siyasəti isə onu göstərdi ki,  hərbi baza olmadan da bəzi dövlətlər  Türkiyənin bölgədəki varlığından çəkindilər və qorxdular.  

 

“Bu gün Azərbaycanda Türkiyə hərbi bazasının qurulmasını bəyan edən şəxslər  görməlidirlər ki, bəzi dövlətlər Azərbaycan sərhədləri pozularsa məhz Türkiyə hərbçilərinin gəlməsindən qorxurlar.  Şuşa Bəyannaməsinə nəzər yetirsək, orda da açıq şəkildə görərik ki, əgər biriləri Azərbaycan üzərinə hücuma gedərlərsə o zaman mütləq şəkildə Türkiyə ordusu ilə  qarşılaşacaqlar.  Faktiki görürük ki, Türkiyə hərbi bazası olmadan  da Azərbaycan dövlətin təhlükəsizliyi Şuşa bəyannaməsində və ondan qabaq imzalanan ikitərəfli razılaşmalarda həll edilib. “Hərbi baza” və digər bu kimi məsələlər köhnəlmiş variantlar hesab edilir.  Biz 44 günlük müharibədən sonra ordu sistemindəki isahatlara nəzər yetirsək görərik ki, faktiki Türkiyə əsgərinin özü Azərbaycanda var. Türkiyə-Azərbaycan arasında mütəmadi olaraq hərbi təlimlər keçirdilir. Hətta  bu günlərdə Egey dənizində Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri keçirdiləcəkdir. Bu və ya digər şəkildə Azərbaycan ordusu tam olaraq Türkiyə ordusu standartlarında qurulmaqdadır.

Nəticə etibarilə biz Cənubi Qafqazda Türkiyənin günü-gündən artan maraqlarını və nüfuzunu görəcəyik. Bu təkcə Azərbaycanda deyil, Ermənistanda da baş verəcəkdir.  Cənubi Qafqaz Türkiyənin siyasi orbitası altında davam edəcəkdir.

Hesab edirəm ki, Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması bundan öncəki danışıqların davamıdır.  Real olaraq onu söyləmək olar ki, Türkiyə-Azərbaycan münasibətləri o səviyyədədir ki, istənilən təhdid Azərbaycan sərhəddinə yaxınlaşarkən onun qarşısında Türkiyə-Azərbaycan əsgəri birlikdə mübarizə apara biləcək”

 

Politoloq bildirib ki, Azərbaycan -Türkiyə hərbi birliyi, hərbi inteqrasiyası kadr islahatları və sair kimi məsələlər  məhz qonşu ölkələrin Azərbaycanı təhrik etməsinə qarşı atılan addım kimi başa düşülür.  Onun sözlərinə görə, uzun müddət idi ki, Bakı müəyyən məsələlərdə balansı qoruyub. Amma bəzi dövlətlər tərəfindən qırmızı xəttin keçilməsi rəsmi Bakının qəti və radikal addımlar atmasına gətirib çıxardıb.

 

Z.Məmmədov qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan hərbi birliyindən qorxan dövlətlər bilməlidirlər ki,  Türkiyə Azərbaycanda hərbi bazası olmadan da istənilən vaxt Bakının yanında  yer alacaq.

 

“lakin onlara elə gəlir ki, Türkiyənin Azərbacanda varlığı onların geosiyasi maraqlarına təhlükədir. Xüsusən də İranın Cənubi Qafqaza olan baxış bucağında görə bilərik ki, tarixən Türkiyə ilə Cənubi Qafqaz, Mərkəzi Asiya uğrunda mübarizə aparıblar, maraqları uzalaşmayıb. Əksinə, bu gün Türkiyə İranı və Rusiyanı sanksiyalardan qurtara və bu sanksiyalar fonunda onlara iqtisadi imkanlar açan bir dövlət kimi başa düşülməlidir. O ki, qaldı Rusiyanın Cənubi Qafqazla bağlı mövqeyinə, bəli əsrlər böyu belə bir baxış bucağı formalaşmışdı. Amma  Rusiya -Ərdoğan siyasətinin həmin baxış bucağını bir qədər dəyişdiyinin şahidi olduq. Ukrayna müharibəsi fonunda bu gün Ərdoğanın apardığı siyasət, onun Putin və Zelenski ilə telefon danışığı, Suriyanın şimalı, təhlükəsizlik sonası ilə bağlı verdiyi qərar və onun Cənubi Qafqazda daha da aktivləşib. Proseslər göstərir ki, Ankara-Moskva arasında Cənubi Qafqazala bağlı ikinci dəfə müəyyən razılaşma ola  bilər və  Qarabağdakı separatçılar, Ermənistandakı radikal hakimiyyət  bundan narahatıq duymalıdırlar”.

 

Politoloq hesab edir ki, Rusiyada Cənubi Qafqazla bağlı qəti yekdil fikir yoxdur. Onun fikrincə, Ukrayna hadisələri özlüyündə göstərdi ki, Türkiyənin hərbi, siyasi, iqtisadi imkanları Cənubi Qafqazda daha da genişlənəcək. (hafta.az

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Azərbaycan Silahlı Qüvvələri - 104

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ