“Komissiyaların Moskva görüşündən müsbət nəsə əldə edilə bilər”

12:32 01-06-2022 | icon 197 | Qarabağ
“Komissiyaların Moskva görüşündən müsbət nəsə əldə edilə bilər”

 

 

 

Ermənistan Qarabağda vəziyyəti yenidən gərginləşdirmək niyyətindədir. Erməni revanşistlərin daxildə dəstəklədiyi etiraz aksiyaları, münasibətlərin normallaşmasına qarşı rəsmi açıqlamalar, yaxud sərhəddə Azərbaycana qarşı baş verən təxribatlar göstərir ki, bu ölkə sülhə gəlmək əvəzinə, əksinə sülh danışıqlarını pozur.

Bəllidir ki, artıq sərhədlərin delimitasiyası ilə bağlı Komissiyaların tərkibi müəyyənləşib. Verilən məlumatlara görə, artıq qarşıdan gələn həftələrdə bu istiqamətdə Moskvada II  görüş olmalıdır. O da bəllidir ki, münasibətlərin normallaşması, Azərbaycanın təkliflərinin yerinə yetirilməsi ilə bağlı hər hansı qərar qəbul olunursa o qərarın icrası Ermənistan tərəfindən pozulur, təxirə salınır, yaxud da hansısa maniələr, əlavə iddialar ortaya çıxarılır. Belə davam edərsə, sərhədərin müəyyənləşməsi ilə bağlı yaradılan komissiyaların işi nə zaman aktivləşəcək. Və yaxud gözləntilər nə ola bilər?

 

 

Versus.az xəbər verir ki, politoloq Zərdüşt Əlizadə açıqlamasında bildirib ki, Ermənistanda xalq Azərbaycanla münasibətdə iki hissəyə bölünüb.

 

Onun sözlərinə görə, 25 faizi təşkil edən müəyyən bir hissə keçmiş xülyalardan ikiəlli yapışıb.

“Çünki həmin o xülyalar onlara zamanında böyük yüksəliş, imtiyazlar, gətirmişdi. Ona görə də həmin ermənilər heç cür keçmiş mövqelərindən əl çəkmək istəmirlər”.

Politoloq erməni xalqının digər hissəsində dayanan Nikol Paşinyan vəziyyəti dəyişdirmək, Ermənistanı düşdüyü bəladan çıxartmaq istəyir. Ona görə də addım-addım Azərbaycanla Türkiyə arasında münasibətləri tənzimləməyə çalışır.

“Paşinyana qarşı çıxan tərəfin başında keçmişdə hakimiyyətdə olan “Qarabağ klanı” -Serj Sarkisyan, Robert Köçəryandır və onları da Rusiya dəstəkləyir.  Rusiya çalışır ki, gələcək sülh müqaviləsində Rusiyanın mənafeyi mütləq nəzərə alınsın. Ona görə də keçmiş revanşist prezidentlərdən istifadə edib vəziyyəti gərginləşdirməyə çalışır. Belə bir vəziyyətdə Paşinyanın mövqeyi möhkəm deyil. O, gözəl bilir ki, Rusiya hərbi çevriliş, terror aktı təşkil edə bilər, onu öldürə bilərlər. Ona görə də bir tərəfdən Rusiyanın üzünə gülür, o biri tərəfdən də özünün siyasətini davam etdirir. Paşinyan tədricən elə bir vəziyyətin yaranmasını gözləyir ki,  açıq şəkildə Azərbaycanla müqavilə imzalasın, kommunikasiyalar, yollar açılsın, Ermənistanın iqtisadiyyatı yaxşılaşacaq. O, yanlız bu zaman açıq şəkildə bəyan edəcək ki, mühasirədə qalıb kasıb yaşamaq yaxşıdır, yoxsa mühasirədən çıxıb firavan yaşamaq.  Mənə belə gəlir ki, Paşinyan təkamül yoluna üstünlük verir, addım-addım irəliyə getməyə çalışır. Rusiya isə Azərbaycan tərəfə deyir ki, sən Ermənistana təzyiqi gücləndir”.

 

Politoloq hesab edir ki, sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin bağlanmasında tələsmək olmaz. Onun fikrincə, əgər hadisələri tələsdirməyə başlasaq, bu Paşinyanın devrilməsinə və Rusiyaya sadiq olan qüvvələrin hakimiyyətə gəlməsinə təkan olar.

 

“Bax o zaman proses yenidən başa dönər. Mənə elə gəlir ki, hadisələri düşünülmüş şəkildə sürətləndirməyə çalışmamalıyıq. İmkan verməliyik ki, Paşinyan daxildə müxalifətlə öz problemini həll etsin”.

 

Z.Əlizadə hesab edir ki, belə bir prosesdə Brüssel Rusiyadan fərqli olaraq  vasitəçi rolunu düzgün oynayır, onun regionda siyasi, geosiyasi marağı yoxdur. 

Sərhədlərin müəyyənləşməsi ilə bağlı yaradılan komissiyaların görüşünü müsbət dəyərləndirən politoloq, hesab edir ki,  Rusiyada mövqelərin uzlaşa biləcəyini düşünür. Onun fikrincə, komissiyaların Moskva görüşündən müsbət nəsə əldə edilə bilər. (hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB