Nazirin erməni təfəkküründəki ABSURDLUQ

08:55 02-06-2022 | icon 219 | Siyasət
Nazirin erməni təfəkküründəki ABSURDLUQ

Fuad Əliyev: "Sənəddə "Dağlıq Qarabağ"ın mövcudluğunu tanıyan müddəa yoxdur"

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Prezident İlham Əliyevin artıq Dağlıq Qarabağ adlı bir terminin olmadığı, Qarabağ münaqişəsinin isə həll edildiyi, ATƏT-in Minsk Qrupunun olmadığı barədə bəyanatlarını erməni təfəkkürü ilə yozub. Onun deyimincə - “Azərbaycan Prezidentinin imzaladığı və qüvvədə olan, Dağlıq Qarabağın olduğunu bildirən sənəd var və bu sənəd 9 noyabr tarixli üçtərəfli bəyanatdır”. Mirzoyan iddia edib ki, Azərbaycan Prezidenti bu sənədi imzalamaqla “Dağlıq Qarabağın mövcudluğunu tanıyıb və bu, danılmaz faktdır”. Mirzoyanın üçtərəfi bəyanatı bu cür absurd şəkildə yozması ictimaiyyətdə də gülünc qarşılanıb.

 

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, ola bilsin ki, Mirzoyan amneziya xəstəliyindən əziyyət çəkir.

 

ALDP lideri xatırlatdı ki, Minsk Qrupu çoxdan gorbagor olub və 44 günlük müharibədən sonra da bir araya gələ bilməyiblər: 

 

“Heç buna ehtiyac da yoxdur. Mirzoyan yaxşı bilir ki, Minsk Qrupunun yerinə Avropa İttifaqı var. Həmçinin Rusiya da bu formatın ləğv olunduğunu təsdiqləyib və Ukrayna müharibəsi həmsədr ölkələri üz-üzə qoyub, çətin ki, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı toplansınlar. Yəni həmsədrlik institutu ilə bağlı məsələ aydındır, Bakıya səfərə gələndə də Prezident onların cavabını vermişdi. Mirzoyan yaxşı olardı ki, Brüssel razılaşmalarının icrası ilə bağlı normal mövqe sərgiləsin”.

 

10 noyabr sənədinə gəlincə, Fuad Əliyev qeyd etdi ki, Dağlıq Qarabağın mövcudluğunu tanıyan hər hansı müddəadan söhbət getmir:

 

“Üçtərəfli sənəddə Dağlıq Qarabağın qeyd olunması heç də onun ayrıca respublika, yaxud muxtariyyət kimi tanınmasını nəzərdə tutmur. Sadəcə, Mirzoyan erməni cəmiyyətinin ürəyinə yağ kimi yayılan nağıl danışmağa, həqiqətləri öz bildiyi şəkildə təhrif etməyə çalışıb. Bu gün davam edən danışıqların da məğzi ondan ibarətdir ki, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi və müdafiəsi qeyd olunur. Bunu da Ermənistan söyləyir və Brüsseldə ”status" haqda heç nə danışılmayıb. Ona görə erməni diplomatın sənədə istinad edərək guya Dağlıq Qarabağın mövcudluğunu tanıdığımızı deməsi absurddur. Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşı kimi qəbul etməyə hazırdır, ondan o tərəfə əlavə hüquqları olmayacaq".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ