Pensiyaçılar Şuşaya gedir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Şuşa İli” çərçivəsində şuşalı pensiyaçıların Şuşaya səfərini təşkil edib.
Fonddan verilən məlumata görə, iki günlük səfər zamanı pensiyaçılar Şuşada Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, Şərqdə opera janrının banisi Üzeyir Hacıbəylinin ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət edəcəklər.
Səfər Cıdır düzündə təşkil olunacaq toplantı ilə başa çatacaq.

Xəbər lenti

Azərbaycandan Türkiyə-Ermənistan sərhədinin açılmasına RAZILIQ
"Lazımi proseslərə başlamaq qərarına gəliblər"