Laçın Beynəlxalq Hava Limanının inşası ilə bağlı görülən İŞLƏR

17:10 02-06-2022 | icon 272 | Qarabağ
Laçın Beynəlxalq Hava Limanının inşası ilə bağlı görülən İŞLƏR

Laçın Beynəlxalq Hava Limanında hazırda mobilizasiya işləri aparılır.

 

Versus.Az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.

 

Onun sözlərinə görə, hazırda ərazi təmizlənir:

 

“Yaxın vaxtlarda ərazidə qazma işlərinə başlanılacaq. Hava limanının 2024-cü ildə istifadəyə verilməsi gözlənilir”.

 

Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 17-də qoyulub.

 

Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.

 

Hava limanları adətən düzən ərazidə inşa edilib. Laçında isə belə yerin olmadığı üçün hava limanının inşası üçün Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.

 

Qeyd edək ki, hazırda Azərbaycanın 6 beynəlxalq hava limanı var. Onlar Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Zaqatala və Füzulidə yerləşir.

 

Füzuli hava limanının rəsmi açılışı 2021-ci il oktyabrın 26-da olub. Azad edilmiş ərazilərdə daha 2 hava limanı inşa edilir. Zəngilan Beynəlxalq Hava Limanının bu il sentyabrın 1-10-u arasında istismara təhvil verilməsi gözlənilir. Aeroportda işlərin artıq 60 %-i tamamlanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB