"ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorundakı əməkdaşlıqla məhdudlaşmır"

17:46 02-06-2022 | icon 176 | Siyasət
"ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorundakı əməkdaşlıqla məhdudlaşmır"

Hikmət Babaoğlu: “Baydenin məktubunda önə çəkilən əsas məsələlərdən biri də bununla bağlıdır”

 

“ABŞ prezidenti Cozef Baydenin Bakıda keçirilən  Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi” ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub hər şeydən öncə iki ölkə arasında mövcud olan qarşlıqlı münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu  “Xəzər Neft və Qaz Sərgisi” ilə əlaqədar ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubuna diqqət çəkib, sərginin əhəmiyyətindən danışarkən bildirib.

 

Deputat bu məktubun son günlərdə ABŞ Prezidenti tərəfindən Azərbaycan Prezidentinin ünvanına göndərdiyi ikinci məktub olmasının ayrıca bir əhəmiyyət kəsb etdiyini deyib:

 

“Çünki iki ölkənin hazırki mürəkkəb tarixi şəraitdə zəruri əməkdaşlıq çağırışları bütövlükdə region və Avropanın təhlükəsizliyi baxımından  xeyli dərəcədə aktualdır. Şübhəsiz ki, bu aktuallıq hələ əsası ötən əsrin əvvəllərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası ilə şərtlənir. Ancaq sonrakı mərhələdə  Əsrin müqaviləsi kimi səciyyələndirilən neft konsorsiumunun  Qərbin enerji təhlükəsizliyinə verdiyi töhfələr Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən Cənub Qaz dəhlizi layihəsi ilə daha  da strateji əhəmiyyət qazanmış oldu. Bütün bu tipli digər  regional əməkdaşlıq platformaları  isə ABŞ-ın fəal dəstəyi və iştirakçılığı ilə gerçəkliyə çevirildi. Ona görə də hazırda dünyanın mühüm geostrateji mərkəzlərindən biri olan Avropada enerji təhlükəsizliyi təhdidlərə məruz qaldığı bir vaxtda Azərbaycanın həyata keçirdiyi alternativ enerji təhlükəsizliyi kəməri xüsusi əhəmiyyət kəsb edir”.

 

H.Babaoğlu bildirib ki, ABŞ prezidentinin məktubunda  önə çəkilən əsas məsələlərdən biri də elə bununla bağlıdır. Onun sözlərinə görə, iki ölkə hazırda vaxtilə aldıqları uzaqgörən və perespektivli qərarın icra edilməsinin və regional əməkdaşlığa verdiyi mühüm töhfələrin təntənəsini yaşayır:

 

“Ancaq şübhəsiz ki , ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorundakı əməkdaşlıqla məhdudlaşmır. Daha geniş və daha rəngarəng spektrı əhatə edir. Bura qlobal terrorizmə qarşı mübarizədən başlamış, elm, təhsil, insan hüquqları və azadlıqları da daxil olmqla hərbi –siyasi sahədə əməkdaşlığa qədər, olduqca çoxşaxəli istiqamətlər daxildir. Ona görə də ABŞ prezidenti bu mühüm istiqamətlərə də toxunaraq iki ölkənin əməkdaşlığının yüksək səviyyədə olmasını təyin edən siyasəti yəni Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini alqışladığını bildirir və ABŞ tərəfindən bu siyasətə sadiq qalınacağını ifadə edir. Eyni zamanda Azərbaycanın regionda sabitləşdirici rol oynamağı xüsusi vurğaulanır ki, bu kontekstə Ukraynaya edilən humanitar yardım faktoruna da xüsusi diqqət çəkilir”.

 

Düputat hesab edir ki, iki ölkə arasında münasibətlərin ABŞ prezidenti tərəfindən belə yüksək qiymətləndirilməsi Azərbaycan-ABŞ münasibətlərinin olduqca müsbət perespektivlərini təyin edir.(hafta.az)

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

Sumqayıtda DƏHŞƏT

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB