Rusiyanın Ukraynada soyqırımı ilə bağlı QƏTNAMƏ

07:22 03-06-2022 | icon 238 | Dünya
Rusiyanın Ukraynada soyqırımı ilə bağlı QƏTNAMƏ

İrlandiya Senatı Rusiyanın Ukraynaya hücumunu pisləyən, onların hərəkətlərini soyqırım kimi tanıyan qətnamə qəbul edib. Sənəddə Rusiya Federasiyasının siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsinin zəruriliyindən də danışılır.

 

Qərarı İrlandiya Senatının sədri Mark Deyli özünün “Twitter” səhifəsində açıqlayıb.

 

“...Rusiya Federasiyasının Ukraynaya qanunsuz müdaxiləsi soyqırım aktıdır. İrlandiya Senatı Rusiyanın Ukraynada soyqırımı ilə bağlı qətnamə qəbul edib”, – Deyli yazıb.

 

Qətnamədə rusiyalı hərbçilərin qəddarlıqları ilə bağlı faktlar da qeyd olunub.

 

Sənəddə deyilir ki, dünya ölkələri Rusiyaya qarşı sanksiyaları saxlamalı və gücləndirməlidir.

 

Qeyd edək ki, İrlandiya ukraynalıların soyqırımını tanıyan yeddinci ölkə olub. Əvvəllər oxşar qərarlar Kanada, Polşa, Çexiya, Litva, Latviya və Estoniya tərəfindən verilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB

Körpə alveri ilə məşğul olan SAYT