Azərbaycanın enerji təhlükəsizliyi sahəsində önəmli ADDIMLARI

10:25 03-06-2022 | icon 250 | İqtisadiyyat
Azərbaycanın enerji təhlükəsizliyi sahəsində önəmli ADDIMLARI

Xalid Kərimli: “Azərbaycan Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvana elektrik enerjisinin verilməsini düşünür” 

 

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ölkə və dünya ictimaiyyətinin nəzərində diqqətlə izlənir. Ekspertlər Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji” sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu özündə birləşdirən mühüm əhəmiyyətli hadisə kimi dəyərləndirirlər. Xüsusilə ölkə başçısının sərgidəki nitqi xüsusi vurğu ilə qeyd olunur. Prezidentin sərgidəki nitqini təhlil edən ekspertlər, mühüm nüanslara diqqət çəkiblər.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə şərh verən iqtisadçı Xalid Kərimli ölkə Prezidentinin enerji siyasəti barəsində çıxışını yüksək dəyərləndirib.

 

Onun sözlərinə görə, bu çıxışda bir daha bəyan edilir ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin etməklə paralel, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus rol oynayır. Onun sözlərinə görə, Azərbaycanın ixrac elədiyi neft - qaz resursları böyük həcmdə olmasa da, bir gün ərzində təqribən 600 min barel ətrafında neft ixrac edə bilir:

 

“Bu il ilk dəfə Avropaya 10 milyard kubmetr qaz ixrac edəcəyik. Azərbaycan bunu edərkən heç bir siyasi, manipulyativ məsələlərə diqqət çəkmir, kommersiya şərtləri, müqavilə öhtəlikləri əsasında öhtəsinə götürdüyü işləri vicdanlı şəkildə icra edir. Tikintisi 2019-cu ildə yekunlaşıb, 2020-ci ildən işə salınan Cənub Qaz dəhlizi layihəsi çərçivəsində Azərbaycan 2022-ci ildə 10 milyard kubmetr qaz ixracını nəzərdə tutur.  Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri və Avropada Tap layihəsi interkonnektor vasitəsi ilə Bolqarıstan, Yunanıstan və digər ölkələrə birləşməsindən ibarətdir.  TANAP layihəsi qazı Azərbaycan və Gürcüstandan Türkiyəyə çatdırır.  TAP isə TANAP-ın uzantısıdır, TANAP-a birləşərək Adriatik dənizindən keçməklə  qazı Avropanın cənubuna çatdırır. Burda faktiki olaraq TANAP-ın 16 milyart kub metr ötürücülüyü var və bu, 31 milyarda qaldırıla bilər. TAP-ın isə  yükü 10 milyarddır, 20 milyard kubmetrə qaldırıla bilər. Ümumi şəkildə baxsaq Azərbaycan ildə Gürcüstan və Türkiyə daxil olmaqla Avropaya qaz ixrac edə bilər”.

 

İqtisadçı qeyd edib ki, təbii olaraq, neftin ixrası Bakı- Ceyhan -neft boru kəmərinin işə düşməsi ilə stabil, təsirlərdən uzaq şəkildə Avropanın neft təhcizatını həyata keçirdir. Onun fikrincə, Azərbaycan enerji təhlükəsizliyi sahəsində çox önəmli addımlar atır:

 

“Təkcə bu ilin yanvar, fevral aylarında Səudiyyə Ərəbistanının iki böyük  şirkətini investisiyaya cəlb elədik.  Azərbaycanda külək və enerji hesabına alternativ enerji istehsalı həyata keçirdilir. Ölkənin məqsədi və istəyi təkcə ənənəvi enerji mənbələri hesabına yox, alternativ enerji istehsalın təşkilidir. Çünki ölkəmiz həm dayanaqlı surətdə öz enerji ehtiyatlarını təmin etmək, həm də enerji ixracında öz mövqeyini saxlamaq niyyətindədir. Bu günlərdə Cəbrayılda tikilən enerji qovşağında müşahidə etmiş olduq ki, artıq Azərbaycan uzun müddətdən sonra Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvana elektrik enerjisinin verilməsini düşünür və növbəti mərhələdə də Naxçıvan üzərindən Türkiyəyə və Avropaya elektrik enerjisinin ixracını nəzərdə tutur”.

 

X.Kərimli hesab edir ki, ölkə həm elektrik enerjisinin ixracında, həm neft-qaz resurslarının ixracında öz rolunu saxlamaq niyyətindədir və bu investisiyalar həyata keçirdilir:

 

“İndiki məqamda Avropanın, xüsusən də Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda stabil  enerji təhcizatçılarına ehtiyacı var. Azərbaycan burda öz maraqları üzərindən iştirak edir və gələcəkdə bunu genişləndirmək niyyətindədir”.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB

Körpə alveri ilə məşğul olan SAYT